Xalq artisti Valeh Kərimovla görüş keçirilib
AzerTAg.az
Bakı, 30 mart, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə H.Abbasov adına Mədəniyyət Mərkəzində “Qonağımız var” layihəsi çərçıvəsində Xalq artisti, aktyor Valeh Kərimovla görüş keçirilib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, ilk olaraq Dövlət Himni səsləndirilib və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Valeh Kərimovun həyat və yaradıcılığı haqqında məlumat verilib, rol aldığı filmlərdən videoçarxlar təqdim olunub.
Sənətkar çıxışında həyatının yaddaqalan məqamları, aktyorluq sənətinə gəlişi və oynadığı rollardan bəhs edib.
Görüş zamanı Xalq artistləri İlham Namıq Kamal, Əli Nur, Əməkdar artist Azad Şükürov çıxış edərək, aktyorun sənətindən və yaratdığı obrazlardan danışıb, sevilən müğənnilər isə ifaları ilə tədbirə rəng qatıb.
Sonda Xalq artisti iştirakçıları maraqlandıran sualları cavablandırıb.





Xəbərin mətnində orfoqrafik səhv var