MƏDƏNİYYƏT


Xalq artisti Yusif Eyvazov Parisdə möhtəşəm konsert proqramı ilə çıxış edib VİDEO

Paris, 8 fevral, AZƏRTAC

Azərbaycanlı tenor, Xalq artisti Yusif Eyvazovun Paris Operasının “Gaveau” konsert zalında möhtəşəm solo konserti olub.

AZƏRTAC xəbər verir ki, tenoru pianoda Enriko Reggioni müşaiyət edib.

Konsert çərçivəsində Yusif Eyvazov dünya şöhrətli bəstəkarlar Cüzeppe Verdi, Pyotr İliç Çaykovski, Sergey Rahmaninov, Françesko Paolo Tisti, Stanislao Qastaldon, Salvatore Kardilo, Rodolfo Falvo, Ernesto Dö Kurtis, Jorj Bize, Ciakomo Puççininin yaradıcılığına müraciət edib.

O, görkəmi bəstəkar Qara Qarayevin “Mən sizi sevirdim” və “Gürcüstan təpələrində” romanslarını da səsləndirib.

Konsertin ikinci hissəsində azərbaycanlı tenor səhnəni meksikalı bariton ifaçı Xuan Karlos Heredia ilə bölüşüb.

Y. Eyvazovun solo konsertinə təkcə Parisin deyil, Fransanın digər şəhərlərindən, eləcə də müxtəlif Avropa ölkələrindən operasevərlər gəlib.

Yusif Eyvazov bu şəhərdəki ilk solo konsertində bənzərsiz ifaçılıq üslubu ilə klassik musiqi sevərləri heyran qoyub.

Qeyd edək ki, bu ilin may ayında tenorun Bakıda konserti gözlənilir.

Sənətkar iyulun 19-da isə Anna Netrebko ilə Lion şəhərində konsert verəcək.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.