MƏDƏNİYYƏT


Xalq artisti Zaur Rzayevin səhnə fəaliyyətinin 50 illiyi qeyd ediləcək

Bakı, 7 yanvar, AZƏRTAC

Yanvarın 31-də Heydər Əliyev Sarayında Xalq artisti Zaur Rzayevin səhnə fəaliyyətinin 50 illiyinə həsr olunmuş gecə keçiriləcək.

Saraydan AZƏRTAC-a bildirilib ki, konsertdə Zaur Rzayevin musiqisevərlər arasında sevilən və tanınan “Dilbərim”, “Cavanlığım”, “Bilirəm gedmisən”, “Sev məni”, “Duman”, “Ay qız”, “Sarı bülbül”, “Vəfalısan gözəlim” və digər mahnıları səsləndiriləcək.

Biletləri Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından, www.iticket.az saytından onlayn və “ASAN xidmət” mərkəzlərindən, “Gənclik” və “28 Mall” ticarət mərkəzlərindəki kassalardan əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.