MƏDƏNİYYƏT


“Xalq mahnıları festivalı” çərçivəsində növbəti konsert

Bakı, 10 oktyabr, AZƏRTAC

Oktyabrın 10-da Azərbaycan Milli Konservatoriyasında (AMK) “Mədəniyyət” kanalının layihəsi olan “Xalq mahnıları festivalı” çərçivəsində növbəti konsert təqdim edilib.

Konservatoriyadan AZƏRTAC-a bildirilib ki, konsertdə AMK-nın rektoru, Xalq artisti Siyavuş Kərimi, Mədəniyyət kanalının direktoru, Əməkdar artist Ramil Qasımov festivalın işinə uğurlar arzulayıblar, Azərbaycan xalq mahnılarının təbliği istiqamətində aparılan tədbirlərin əhəmiyyətini qeyd ediblər.

Maraqla qarşılanan konsertdə AMK-nın tələbələri Azərbaycanın xalq mahnılarını ifa ediblər.

Qeyd edək ki, oktyabrın 12-dək davam edəcək festival “Mədəniyyət” kanalının təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilir. Festival çərçivəsində tədbirlər Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Milli Konservatoriyası və Azərbaycan Dövlət Akademik Filarmoniyasında təşkil edilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.