Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Xalq ona qələbə hissləri yaşadan Müzəffər Ali Baş Komandana öz sevgisini nümayiş etdirir

Xalq ona qələbə hissləri yaşadan Müzəffər Ali Baş Komandana öz sevgisini nümayiş etdirir

Bakı, 17 noyabr, AZƏRTAC

Sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatından sonra Azərbaycan Ordusunun 44 gün davam edən əks-hücum əməliyyatı noyabrın 10-da tarixi qələbəmizlə başa çatdı. Döyüş meydanında darmadağın edilən Ermənistan ordusunun artıq təslim olmaqdan başqa yolu yox idi. Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin imzaladıqları bəyanatla ordumuzun hərbi cəbhədəki qələbəsi diplomatik cəbhədə də rəsmiləşdirildi. 30 ilə bərabər 44 gün xalqımızın illər uzunu davam edən torpaq həsrətinə son qoydu, ədalət bərpa olundu. Artıq öz doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımız Böyük Qayıdışın sevincini yaşayır, aranlı-dağlı Qarabağa yeni nəfəs gəlir. “Mən artıq köçkün deyiləm” ifadəsi daha çox səslənən və sevincimizə sevinc qatan fikir kimi hər birimizi qürurlandırır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə qeyd edib ki, 44 günlük Vətən müharibəsinin yekununda dövlətimizin başçısı İlham Əliyev qalib sərkərdə, Azərbaycan Ordusu ən güclü ordu, xalqımız isə ən böyük, məğrur, yenilməz xalq olduğunu bir daha təsdiqlədi. Baş redaktor deyib: “Noyabrın 16-da Füzuli rayonuna səfəri zamanı bölgələrdə yaşayan sakinləri salamlamaq üçün avtomobilini saxlayaraq düşən Prezident İlham Əliyevin əhali tərəfindən xüsusi coşqu, izdihamla, sonsuz sevinc hissi ilə qarşılanması da xalqın Müzəffər Ali Baş Komandanına hüdudsuz sevgisinin və ehtiramının təcəssümü idi. Həmin məqamda xalq ona qələbə sevincini yaşadan Prezidentinə, Müzəffər Ali Baş Komandanına sonsuz sevgisini bir daha nümayiş etdirdi. Prezident İlham Əliyev hər zaman çıxışlarında bu reallığı önə çəkir ki, daim xalqa arxalanır, ondan güc alır, qəbul etdiyi qərarlarda Prezident-xalq birliyi əsas yer tutur. Təbii ki, hər zaman dövlətinin, xalqının bu gününü və gələcəyini düşünən, qətiyyətli mövqeyi ilə işğalçı Ermənistana və onun havadarlarına tarix, hüquq və milli qürur dərsi keçərək 30 ilin işğalına son qoyan ölkə Prezidentinə milyonların sevgisi şəksizdir. Qələbədən sonra bölgələrə ilk səfərini edən Prezident İlham Əliyev əslində böyük zəfərdən doğan sevinc hisslərini öz xalqı ilə bölüşmüş oldu”.

“Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük!” şüarı bu gün xalqın qalib ruhunun güzgüsüdür”, - söyləyən baş redaktor vurğulayıb ki, xalqın orduya inamı və dəstəyi, həmçinin ölkədə hökm sürən milli və siyasi həmrəylik şanlı qələbəmizin ideoloji əsasıdır. O deyib: “Hər zaman Prezidentinin ətrafında sıx birləşən, həyata keçirdiyi siyasətə dəstək olan, irəli sürdüyü bütün təşəbbüsləri dəstəkləyən xalqımız 44 gündə daha möhkəm yumruq kimi birləşdi. Dövlətimizin başçısı İlham Əliyevin mövqeyindən bir addım belə geri çəkilməməsi, 44 gündə xarici mediaya verdiyi 30-a yaxın müsahibəsində işğalçı dövlətə və onun havadarlarına ünvanladığı sərt mesajlar artıq ədalətin bərpa olunması zamanının çoxdan keçməsinə, amma hələ də dünyanın yalanları ilə münaqişənin həllini uzatması cəhdlərinin qəbuledilməzliyinə işarə idi. Dövlətimizin başçısı xalqa hər müraciətində haqqa, ədalətə söykənərək işğal altında olan bütün torpaqlarımızın azad ediləcəyini, üçrəngli bayrağımızın bu ərazilərimizdə dalğalanacağını böyük inamla bildirirdi. Bu Qələbə ulu öndər Heydər Əliyevin siyasi kursunu son 17 ildə bütün sahələrdə uğurla davam etdirən, Azərbaycana ən möhtəşəm uğurlar qazandıran Prezident İlham Əliyevin ata vəsiyyətini yüksək səviyyədə yerinə yetirdiyinin xalqımıza təqdimatı idi. Dövlətimizin başçısı Qarabağın tacı, ürəyi olan Şuşamızın işğaldan azad edilməsi müjdəsini Şəhidlər xiyabanından xalqa çatdırarkən bu fikri xüsusi vurğuladı: “Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim”.

Baş redaktor qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyev “Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatının həyatiliyini artıq reallıqda işğalçı Ermənistana, ona dəstək olan aparıcı dövlətlərə və nüfuzlu beynəlxalq təşkilatlara sübut etdi. “Bu gün bu fikri böyük qürurla qeyd edə bilərik ki, dövlətimizin başçısı İlham Əliyevin Füzuli və Cəbrayıl rayonlarına səfəri qələbənin nidasıdır. 44 günlük müharibənin yol açdığı tarixi qələbə münaqişə tərəfləri arasında köklü fərqi bütün sahələrdə dünyaya çatdırdı. Ermənistan heç zaman Azərbaycanla hansısa sahədə rəqabət aparmaq imkanında deyildi. İşğalçı dövlətin baş naziri Nikol Paşinyan münaqişənin diplomatik yolla həllinin mümkünsüzlüyünü bəyan edib, ordusu haqqında güclü imic yaratmağa çalışsa da, 44 günlük müharibənin gedişində ortaya çıxan reallıqlar onun hər bir bəyanatının xülya olduğunu təsdiqlədi. Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrini diz çökdürdü. Saysız-hesabsız hərbi texnikalarını məhv etdi və qənimət kimi götürdü. Müharibənin fərqli nəticələrindən biri də budur ki, Ermənistanda ola-ola öz xalqından gizlənən məğlub Paşinyanı gördüyümüz zaman Azərbaycanda dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev rəşadətli Ordumuzla qələbə bayramlaşması üçün Füzuli və Cəbrayıl rayonlarına səfər etdi. “Qarabağ Azərbaycandır və nida” deyən Prezident İlham Əliyev Füzuli və Cəbrayıl rayonlarına səfəri ilə həmin nidanı qoymuş oldu. Siyasətdə və müharibə meydanında, diplomatiyada və hərbi strategiyada üstünlük qazanmış Prezident İlham Əliyev bu zəfərin müəllifidir. Prezidentin 16 noyabr səfəri qalib xalqın qəhrəman Ali Baş Komandanının səfəridir. Bu, tarixi bir səfərdir”, - deyə Vüqar Rəhimzadə vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

"Neftçi"nin baş məşqçisi: Bu gün tarix yazmaq istəyirik

Kərim Şükürov: Qafqaz Albaniyası tarixinin öyrənilməsi istiqamətində böyük elmi işlər görülüb

Dünya birjalarında neft bahalaşıb

Bu gün basketbol üzrə Azərbaycan Kubokunun sahibi bəlli olacaq

Bakıda "Qafqaz Albaniyası: Etnoarxeologiya, yazılı mənbələr və tarixi abidələr” adlı XI beynəlxalq konfrans keçirilir

Xətai rayonunda qətl törədilib

Astanada ŞƏT-ə üzv ölkələrin müdafiə nazirlərinin iclası keçiriləcək

ABŞ dövlət istiqrazlarının gəlirliliyi geosiyasi risklərə görə azalır

Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanılıb

Quterreş Azərbaycan və Ermənistanı münasibətlərin normallaşması üçün bütün məsələləri həll etməyə çağırıb

Blinken Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə razılaşmanı alqışladığını bildirib

Ekvadorda enerji böhranı ilə əlaqədar iki ay müddətinə fövqəladə vəziyyət rejimi tətbiq edilib

OLED-displeyləri ilə təchiz edilmiş ilk bank kartı təqdim olunub

Koronavirus infeksiyasının müalicəsi üçün yeni molekul yaradılıb

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub VİDEO

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib