MƏDƏNİYYƏT


Xalq rəssamı Rafiz İsmayılovun 80 illiyi qeyd edilib

Bakı, 12 aprel, AZƏRTAC 

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında Xalq rəssamı Rafiz İsmayılovun 80 illik yubileyi qeyd edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə kinostudiyanın direktoru, Əməkdar incəsənət xadimi Müşfiq Hətəmov və başqaları çıxış edərək fırça ustasının rəssamlıq sənətimizin inkişafındakı xidmətlərindən danışıblar.

Vurğulanıb ki, Rafiz İsmayılov 1962-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirdikdən sonra Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsində təhsil alıb. 1972-ci ildən "Azərbaycanfilm" kinostudiyasında işə başlayan sənətkar onlarla bədii filmlə yanaşı, teatr tamaşalarının və bir neçə animasiya filminin quruluşçu rəssamı kimi öz yaradıcılığını yüksək səviyyədə göstərmiş, xidmətlərinə görə 2000-ci ildə Xalq rəssamı fəxri adına layiq görülüb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.