MƏDƏNİYYƏT


“Xalq rəssamı – Mikayıl Abdullayev” adlı Elektron məlumat bazası istifadəçilərə təqdim edilib

Bakı, 25 noyabr, AZƏRTAC

2021-ci ilin dekabr ayında Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı professor Mikayıl Hüseyn oğlu Abdullayevin anadan olmasının 100 ili tamam olur.

Mikayıl Abdullayev parlaq ənənələrə malik Azərbaycan rəssamlıq məktəbinin böyük simalarındandır. Azərbaycan ədəbiyyatına dərin məhəbbətlə ərsəyə gətirdiyi silsilə portretlər və klassik ədəbi əsərlərə çəkdiyi parlaq illüstrasiyalar rəssamın Şərq və Qərb incəsənətinin mütərəqqi ənənələrinin qovuşuğunda formalaşdırdığı yeni dəst-xətin dolğun ifadəsidir.

Azərbaycan Respublikası Prezidentinin “Mikayıl Abdullayevin 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamına və Mədəniyyət Nazirliyinin tədbirlər planına uyğun olaraq Milli Kitabxananın əməkdaşları tərəfindən “Xalq rəssamı – Mikayıl Abdullayev” adlı Elektron məlumat bazası hazırlanıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, Elektron məlumat bazası “Rəsmi sənədlər”, “Sənət yolu, sənətkarlıq cizgiləri xatirələr süzgəcində”, “Həyat və yaradıcılığının əsas tarixləri”, “Görkəmli şəxslər Mikayıl Abdullayev haqqında”, “Mikayıl Abdullayev qələmindən sətirlər”, “Mükafatları”, “Əsərləri”, “Haqqında nəşrlər”, “Mikayıl Abdullayevin xatirə lövhəsi”, “Fotoqalereya”, “Rənglərdə əbədiləşən həyat”, “Videoqalereya” bölmələrindən ibarətdir.

Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər http://anl.az/el/emb/M.Abdullayev/index.html linkindən istifadə edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.