REGİONLAR
Xalq şairi Bəxtiyar Vahabzadənin yubiley gecəsi keçirilib
Ağsu, 15 avqust, AZƏRTAC
Ağsu rayon Mədəniyyət Mərkəzində dahi Azərbaycan şairi Bəxtiyar Vahabzadənin 95 illiyi münasibətilə onlayn gecə keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, onlayn gecədə “Mən oddan yaranmışam” söyləyən Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığından söhbət açılıb. Qeyd olunub ki, Xalq şairi çoxşaxəli yaradıcılığı ilə Azərbaycan ədəbiyyatının inkişafına mühüm töhfələr verən, bu istiqamətdə müstəsna xidmətləri olan aparıcı sənətkarlardan biridir. Azərbaycan şeirinin son yarım əsrlik tarixi təkamül prosesini Bəxtiyar Vahabzadə yaradıcılığı olmadan təsəvvür etmək mümkün deyil.
Onlayn gecədə rayon mədəniyyət mərkəzinin, şəhər mədəniyyət evinin, Ağsu rayon Uşaq Musiqi Məktəbinin əməkdaşları şairin sözlərinə yazılmış mahnılar ifa ediblər. Şairin həyatından bəhs edən qısa videoçarx nümayiş olunub.
Qeyd edək ki, onlayn gecə “facebook” sosial şəbəkəsi vasitəsilə yayımlanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [15:46]
Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb
- 28.03.2024 [11:44]
Qusar Dövlət Ləzgi Dram Teatrı paytaxt tamaşaçıları qarşısında çıxış edib
- 28.03.2024 [10:49]
Naxçıvanda yolda qaya uçqunu baş verib
- 28.03.2024 [10:25]
Daxili İşlər Nazirliyi Lənkərandakı qəza ilə bağlı məlumat yayıb – YENİLƏNİB
- 28.03.2024 [10:10]
Akademik Milli Dram Teatrı Beynəlxalq Teatr Günündə şəkililərin qonağı olub
- 28.03.2024 [08:00]