REGİONLAR


Xalq şairi Musa Yaqub dəfn olunub VİDEO

İsmayıllı, 8 may, Rəşad Türkoğlu, AZƏRTAC

Azərbaycanın Xalq şairi Musa Yaqub yaşadığı İsmayıllı rayonunun Buynuz kənd qəbiristanlığında dəfn olunub.

AZƏRTAC xəbər verir ki, vida mərasimi mərhumun İsmayıllı rayonunun Buynuz kəndindəki evində təşkil edilib.

Xalq şairi vəsiyyətinə uyğun olaraq Buynuz kənd qəbiristanlığında, həyat yoldaşının yanında torpağa tapşırılıb.

Şairin oğlu Şəhriyar Yaqubov AZƏRTAC-a bildirib ki, atası Buynuz kənd qəbiristanlığında dəfn olunmağı vəsiyyət edib: “Mənim də bir oğul kimi borcumdur ki, atamın bu vəsiyyətini yerinə yetirim. Bu kəndin təbiəti, yaşıllığı onun üçün hər şey idi”.

Qeyd edək ki, Musa Yaqub mayın 7-də uzunsürən xəstəlikdən sonra 84 yaşında dünyasını dəyişib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.