MƏDƏNİYYƏT


Xalq şairi Nəbi Xəzri “Xatirələr çırağında” anılıb

Bakı, 4 may, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Zığ Qəsəbə Mədəniyyət Evində Xalq şairi, Əməkdar incəsənət xadimi Nəbi Xəzrinin 95 illiyinə həsr olunmuş “Xatirələr çırağında” adlı musiqili ədəbi-bədii gecə keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Zığ Qəsəbə Mədəniyyət Evi və Suraxanı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 nömrəli filialının birgə təşkilatçılığı ilə reallaşıb.

Əvvəlcə qonaqlar şairin həyat və yaradıcılığından bəhs edən “Nəbi Xəzri-95” adlı fotosərgiyə baxıblar.

Zığ Qəsəbə Mədəniyyət Evinin bədii rəhbəri Könül Əhmədova çıxış edərək unudulmaz şairin xatirəsinin yaşadılması baxımından belə tədbirlərin keçirilməsinin əhəmiyyətini qeyd edib.

Aparıcısı Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı Xalidə Turanlı olan tədbirdə şairin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib.

Sonra uşaqlar tərəfindən şairin “Bahar mənəm”, “Nənəm nağıl danışır”, “Dəniz niyə daşmayır” və digər şeirləri səsləndirilib.

Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı Rayon Təşkilatının aparat rəhbəri Fərman Rəsulov, 65 nömrəli tam orta məktəbin direktor müavini Natəvan Məmmədova, Rəsul Rza mükafatı laureatı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist Tahirə Məğrur, Azərbaycan Qadınlar Cəmiyyəti üzvü Sədaqət Şıxlı, uzun illər Zığ Qəsəbə Mədəniyyət Evinin direktoru işləmiş Məleykə Hacıyeva şairin bənzərsiz yaradıcılığından söz açıb, şeirlərini söyləyiblər.

Sonda Nəbi Xəzrinin ailə xatirələrini əks etdirən videoçarx nümayiş olunub.

Tədbir konsert proqramı ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.