MƏDƏNİYYƏT


Xalq şairi Süleyman Rüstəmin anadan olmasının 115-ci ildönümü qeyd edilib

Bakı, 18 noyabr, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası Xalq şairi Süleyman Rüstəmin 115 illik yubileyi ilə əlaqədar “Qoy dostlarım dinləsin: - mən zəfər şairiyəm" adlı tədbir təşkil edib.

İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə filologiya elmləri namizədi, şairin oğlu Azad Rüstəmzadə, Əməkdar jurnalist Qafar Əsgərzadə, filologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Fuad şairin həyat və yaradıcılığından, çoxcəhətli və zəngin ədəbi irsindən iştirakçılarına geniş məlumat çatdırıblar.

Tədbirdə, eyni zamanda “Süleyman Rüstəm-115” adlı kitab sərgisinin biblioqrafik icmalı və videoçarx təqdim olunub, şairin şeirləri söylənilib və sözlərinə bəstələnmiş mahnılar səsləndirilib.

Yubiley tədbirinin təşkilində məqsəd qüdrətli söz xiridarı Süleyman Rüstəmin ədəbi irsinin təbliğ olunmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.