MƏDƏNİYYƏT


Xalq şairi Zəlimxan Yaqubun yeni kitabı işıq üzü görüb

Bakı, 30 noyabr, AZƏRTAC

Azərbaycan poeziyasında özünəməxsus yeri olan və həmişə öz dəst-xətti ilə seçilən, artıq beş ildir həyatda olmasa da, əziz xatirəsi oxucularının, bütün zəlimxansevərlərin qəlbində daim yaşayan Xalq şairi Zəlimxan Yaqubun yeni kitabı işıq üzü görüb. “Ölüm də bir zarafatdı” adlanan nəfis tərtibatlı kitabı nəşrə hazırlayan və redaktoru Zəlimxan Yaqub irsinin araşdırıcısı, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur.

Yeni nəşr haqqında AZƏRTAC-a danışan Musa Nəbioğlu bildirib ki, qüdrətli söz ustadı Zəlimxan Yaqubun kitablarına hər zaman geniş oxucu kütləsinin böyük tələbatı var: “Bu il Z.Yaqubun yubiley ildir – 70 yaşı tamam oldu. Ölkəmizdə koronavirusla əlaqədar kütləvi yubiley tədbirləri keçirilməsi mümkün olmasa da, ölməz şairin xatirəsini əsərlərindən seçmələrdən ibarət kitabla yad edib, sadiq oxucularına yeni poeziya buketi təqdim etməyi qərara aldıq. Şairin daha bir neçə kitabının nəşr edilməsi də nəzərdə tutulur”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.