MƏDƏNİYYƏT


Xalq şairinin məzarı ziyarət edilib

Bakı, 14 iyul, AZƏRTAC

Xalq şairi Mirvarid Dilbazinin ruhuna ehtiram olaraq bir qrup ziyalı onun qəbrini ziyarət edib.

AZƏRTAC xəbər verir ki, ziyarət Mirvarid Dilbazi Məclisinin sədri, şair-publisist Güllü Eldar Tomarlının təşkilatçılığı ilə reallaşıb.

Anım mərasimində Xalq şairinin qızı Xatirə Dilbazi xanım və yaxın qohumları, eyni zamanda, professor Qüdrət İsaqov, şair-dramaturq Hacı Zaməddin Ziyadoğlu, “Mişov” jurnalının baş redaktoru, şair-publisist Akşin Ağkəmərli və başqaları çıxış edərək Mirvarid Dilbazinin ömür yolu və zəngin poeziya dünyasından söhbət açıblar.

Mirvarid Dilbazi Məclisinin sədri Güllü Eldar Tomarlı çıxış edərək bildirib ki, ömrünü poeziyamızın zənginləşməsinə həsr edən Mirvarid Dilbazi həm çox dəyərli bir şair, həm müqəddəs bir ana, həm də bu vətənin qürur simvolu kimi yaddaşlara yazılıb. Onun bənzərsiz poeziyası xalq ruhunun ləli-cövhəri, şeirləri dillər əzbəri, mahnılar bəzəyidir. Uşaq şeirləri körpə balalarımızın dilinin daha səlis olmasına kömək olub. Vətənpərvərlik mövzusunda yazdığı yüzlərlə şeiri Azərbaycan Ordusuna ruh, ilham verib.

Qeyd edilib ki, Ulu Öndərin müvafiq Sərəncamı ilə ilk “İstiqlal” ordeni ilə təltif olunanlardan biri də Xalq şairi Mirvarid Dilbazi olub.

Sonda şairin qızı Xatirə Dilbazi çıxış edərək tədbirin təşkilatçıları və iştirakçılarına təşəkkürünü bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.