CƏMİYYƏT


Xalq üçün yaşanan ömrün işıqlı xatirəsi

Bakı, 28 aprel, AZƏRTAC

Binəqədi rayonunda Zərifə Əliyeva adına mədəniyyət və istirahət parkında görkəmli oftalmoloq, tibb elminə böyük töhfələr bəxş etmiş akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümü münasibətilə tədbir keçirilib.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə rayon rəhbərliyi, hüquq-mühafizə və icra strukturları, təhsil, səhiyyə müəssisələri və ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Zərifə xanım Əliyevanın adını daşıyan parkda görkəmli alimin abidəsi önünə tər çiçəklər düzülüb və xatirəsinə dərin ehtiram ifadə olunub.

Çıxış edənlər Milli Məclisin deputatları Kəmaləddin Qafarov, Elmira Axundova, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, akademik Zərifə Əliyeva adına liseyin direktoru Mehriban Vəliyeva görkəmli oftalmoloqu peşəkar həkim olmaqla yanaşı, həm də fəal ictimai xadim kimi yüksək dəyərləndiriblər.

Tədbir incəsənət ustalarının çıxışı ilə davam etdirilib. Əməkdar Artist Hüsniyyə Mürvətovanın ifasında Cəfər Cabbarlının “Ana” və Leyla Əliyevanın “Zaman” şeirləri, Xalq Artisti Samir Cəfərovun ifasında “Sevgili canan” romansı və “Məşəl kimi yanan ürək” mahnısı səslənib. Rayonun gənc istedadları musiqi nömrələri ifa edəndən sonra Humanitar Kollecin xorunun ifasında “Heydər Xalqım deyəcək, Xalq Heydər söyləyəcək” mahnısı ilə bədii hissəyə yekun vurulub.

Sonda tədbir iştirakçıları və qonaqlar Zərifə Əliyeva adına parkda təşkil edilən fotosərgi ilə tanış olublar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.