MƏDƏNİYYƏT
Xalq yazıçısı Afaq Məsudun yaradıcılığı xarici portallarda
Bakı, 20 iyun, AZƏRTAC
Əlcəzairin “Tanca əl-Ədəbiyyə”, Yəmənin “Əqlam mudiə” ədəbiyyat portalları, Suriyanın “Əcyal” elektron ədəbiyyat jurnalı Azərbaycanın Xalq yazıçısı Afaq Məsudun ərəb dilinə tərcümə olunmuş “Qu quşu” hekayəsinin, Türkiyənin “Detayhaberler.com” portalı və feysbuk səhifəsi türk dilinə uyğunlaşdırılmış “Sərçələr” hekayəsinin yayımına başlayıb.
Dövlət Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, yazıçının yaradıcılığı haqqında məlumatla təqdim olunan hekayələrin ərəb dilinə tərcümə müəllifi – ərəb dili üzrə mütəxəssis Fərid Camalov, türk dilinə uyğunlaşdıran – türk dili üzrə mütəxəssis Sənan Nağıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [14:53]
Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər
- 25.04.2024 [12:51]
“Olum və ya olum?”, Cakomo Kazanova Azərbaycanda
- 25.04.2024 [12:40]
Azərbaycanın turizm potensialı İordaniyada təqdim olunub
- 25.04.2024 [11:02]