MƏDƏNİYYƏT


Xalq yazıçısı Çingiz Abdullayev oxucularla görüşüb

Bakı, 21 oktyabr, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə H.Abbasov adına Mədəniyyət Mərkəzində Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayevin 60 illik yubileyi ilə əlaqədar oxucuları ilə görüşü keçirilib.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, görüşdə Ç.Abdullayev tədbir iştirakçıları ilə səmimi ünsiyyət quraraq, onlara öz həyatının və yaradıcılığının maraqlı məqamları, həyat təcrübəsi haqqında məlumat verib. Azərbaycan və dünya ədəbiyyatından sitatlar gətirib, onları bədii ədəbiyyat oxumağa dəvət edib. Səmimi ab-havada keçən görüşdə tanınmış yazıçı oxucuların çoxsaylı suallarını cavablandırıb, onlara öz tövsiyələrini verib.

Sonda Xalq yazıçısı tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirib, kitablarını imzalayıb və xatirə şəkilləri çəkilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.