MƏDƏNİYYƏT


Xalq yazıçısı Çingiz Abdullayevin yaradıcılığı ilə bağlı mühazirə təşkil olunub

Bakı, 15 aprel, AZƏRTAC

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında detektiv roman janrının tanınmış nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayevin 60 illik yubileyinə həsr olunmuş “Çingiz Abdullayev yaradıcılığı” adlı söhbət–mühazirə təşkil olunub.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbirdə kitabxananın şöbə müdiri Qənirə Mustafayeva yazıçının ədəbiyyat və mədəniyyət sahəsindəki xidmətlərindən danışıb və ictimai fəaliyyəti haqqında məlumat verib.

Kitabxananın baş biblioqrafı Sevda Rəhimova Çingiz Abdullayevin kitablarının biblioqrafik icmalını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirdə Bakı Dövlət və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetlərinin tələbələri mövzu ətrafında çıxış ediblər.

Sonda “Çingiz Abdullayev yaradıcılığı, Çingiz Abdullayev - 60” adlı sərgiyə baxış keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.