MƏDƏNİYYƏT


Xalq yazıçısı İsmayıl Şıxlının 100 illiyi münasibətilə yubiley tədbiri keçiriləcək

Bakı, 27 may, AZƏRTAC

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı İsmayıl Şıxlının 100 illiyi münasibətilə mayın 30-da Dövlət Akademik Filarmoniyasında yubiley tədbiri keçiriləcək.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbir ölkə başçısının yazıçının 100 illik yubileyinin qeyd edilməsi haqqında imzaladığı müvafiq Sərəncam əsasında hazırlanmış tədbirlər planına uyğun təşkil ediləcək.

Tədbirdə yazıçının ömür yoluna nəzər salınacaq və yaradıcılığından söhbət açılacaq.

Qeyd edək ki, Xalq yazıçısı İsmayıl Şıxlı koloritli xarakterlər və yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik zəngin yaradıcılığı ilə Azərbaycan xalqının bədii fikir salnaməsinə yeni parlaq səhifə yazmış söz ustalarındandır. Ədibin xüsusi ilə məşhur “Dəli Kür” romanı ictimai şüurda dönüşə və özünüdərkə yol açan mühüm ədəbi-mədəni hadisə kimi qiymətləndirilmişdir.

İsmayıl Şıxlı yaradıcılığı bədii dilin obrazlılığı, daxili aləmin təsvirinin genişliyi və əlvanlığı ilə seçilir. Eyni zamanda, xalqımızın taleyüklü məsələlərinə daim vətəndaş ziyalı mövqeyi nümayiş etdirmiş İsmayıl Şıxlının fəaliyyəti bütövlükdə azərbaycançılıq məfkurəsinə sədaqətin və ənənəvi dəyərlərə ehtiramın bariz nümunəsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.