MƏDƏNİYYƏT


Xalq yazıçısı Maqsud İbrahimbəyovun əsəri səhnələşdiriləcək

Bakı, 9 fevral, AZƏRTAC

Fevralın 18-də Beynəlxalq Muğam Mərkəzində Xalq yazıçısı, kinodramaturq və rejissor Maqsud İbrahimbəyovun əsəri tamaşaya qoyulacaq.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, Mədəniyyət və İncəsənət Universitetinin teatr sənəti fakültəsinin tələbələrinin iştirakı ilə yazıçının “Kərgədan buynuzu” əsərinin motivləri əsasında hazırlanmış tamaşa nümayiş ediləcək.

Rus dilində izləniləcək eyniadlı tamaşada Əməkdar artist Maqsud Məmmədov və dram rejissoru ixtisası üzrə rus bölməsinin tələbələri Mir Qabil Əkbərov, Yuri Omelçenko, Milanа Sokolenko, Zaur Terequlov, Elnur Rzayev və başqaları iştirak edəcəklər.

Layihənin rəhbəri professor Fəridə Səfiyeva, kurs rəhbərləri - Xalq artisti, professor Cənnət Səlimova və Əməkdar artist Sona Mikayilovadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.