REGİONLAR
Xalqa bəxş olunan ömür
Lənkəran, 8 may, Bağır Əliyev, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Lənkəran şəhər təşkilatının Gənclər Birliyi və Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilən “Xalqa bəxş olunan ömür” mövzusunda tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, məktəbli gənclərin iştirak etdiyi tədbirdə çıxış edən Mərkəzin direktoru Reyhanə Sadıxova dünyaşöhrətli şəxsiyyət, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Vətən və xalq qarşısında əvəzolunmaz xidmətlərindən danışıb.
Yeni Azərbaycan Partiyası Lənkəran şəhər təşkilatı Gənclər Birliyinin sədri Teymur Babazadə çıxışında ümummilli lider Heydər Əliyevin xalqa həsr etdiyi şərəfli və zəngin ömür yolu barədə məktəblilərə məlumat verib.
Tədbirin sonunda Mərkəzdə fəaliyyət göstərən rəsm studiyasının uşaqlarının ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr etdikləri əl işlərindən ibarət sərgi açılıb.