SİYASƏT


Xalqımız Ali Baş Komandanına və müzəffər ordusuna birmənalı dəstək nümayiş etdirir

Bakı, 28 sentyabr, Səadət Hakıyeva, AZƏRTAC

Şanlı Ordumuzun işğalçı Ermənistanın təcavüzkar silahlı qüvvələrinin növbəti hərbi təxribatının qarşısını layiqincə alması, həmçinin işğal altındakı bir sıra əraziləri, strateji yüksəklikləri azad etməsi bir daha təsdiqlədi ki, Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək qüdrətindədir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.

Deputat deyib: “Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev hər zaman qətiyyətlə bəyan edir ki, Azərbaycan işğal faktı ilə barışmayacaq və işğal altındakı torpaqlarımız azad olunacaq. Dövlətimizin başçısı BMT Baş Assambleyasının 75-ci Sessiyasının ümumi debatlarında videoformat şəklində çıxış edərkən ölkəmizin prinsipial mövqeyini dünyanın ən ali kürsüsündən beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Dövlətimizin başçısı Ermənistanın təcavüzkar mahiyyətini, işğalçı siyasətini və planlarını növbəti dəfə ifşa etdi. Həmçinin Prezident İlham Əliyev sentyabrın 27-də xalqa müraciəti zamanı qətiyyətlə bəyan etdi ki, Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

“Təqdirəlayiq haldır ki, bu gün xalqımız öz Ali Baş Komandanına və müzəffər ordusuna birmənalı dəstək nümayiş etdirir, torpaqlarımızın işğaldan azad olunacağına yüksək inamı var. Bununla yanaşı, Azərbaycanda fəaliyyət göstərən 50 siyasi partiya Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair birgə bəyanat yayıb, həmçinin ölkəmizin qeyri-hökumət təşkilatlarının Birləşmiş Millətlər Təşkilatı, ATƏT, ATƏT PA, Avropa Şurası, AŞPA, NATO, NATO PA Avropa Komissiyası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, TÜRKPA və digər beynəlxalq təşkilatlara bəyanat ünvanlanıb. Dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar Ermənistanı işğalçılıq və təcavüzkar niyyətindən əl çəkməyə çağırmalıdır”, - deyə Hikmət Babaoğlu fikirlərini yekunlaşdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.