SİYASƏT


Xalqımız Laçının işğaldan azad olunmasının sevincini yaşayır-FOTOSESSİYA

Bakı, 1 dekabr, AZƏRTAC 

Dekabrın 1-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Laçının işğaldan azad olunması müjdəsini verdikdən sonra Bakı şəhərində avtomobil yürüşü keçirilib və Şəhidlər xiyabanı ziyarət edilib.

AZƏRTAC xəbər verir ki, Su İdman Sarayının yanından start götürən yürüş iştirakçıları paytaxtın küçə və prospektləri boyunca hərəkət ediblər. Şəhidlər xiyabanını ziyarət edən Bakı sakinləri və laçınlılar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıblar.

Əllərində Azərbaycan, Türkiyə və Rusiya bayraqları tutan insanlar “Laçın azaddır”, “Biz Laçına qayıdırıq”, “Yaşasın Ali Baş Komandan, Yaşasın Azərbaycan Ordusu!”, “Qarabağ Azərbaycandır!” şüarları səsləndirib, Müzəffər Ali Baş Komandanın portretini başları üzərinə qaldırıblar.

Yürüş iştirakçılarından bir neçəsi sevinc hisslərini AZƏRTAC-la bölüşüb.

Paytaxt sakini Nicat Məmmədov deyib: “Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti, güclü iradəsi, qətiyyəti, rəşadətli Ordumuzun şücaəti, xalqın öz lideri ətrafında yumruq kimi birləşməsi Qələbəmizi təmin etdi. Bu gün Laçın rayonu işğaldan azad olundu. Ali Baş Komandanımız ulu öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirdi. Bu gün tarixi gündür. Xalqımız dövlətimiz və ordumuzla qürur duyur, Vətən torpaqları uğrunda canından keçən bütün şəhidlərimizin xatirəsini ehtiramla yad edir”.

Digər müsahibimiz Muxtar Ələsgərov da Laçının işğaldan azad edilməsindən duyduğu sevinc hisslərini dilə gətirib: “Bu gün Laçın bizə qayıtdı, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Yaşasın Müzəffər Ali Baş komandan İlham Əliyev. Qarabağ Azərbaycandır!”

Paytaxt sakini Rəşad Əliyev Laçının işğaldan azad edilməsinin Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri olduğunu bildirərək ölkəmizin ərazi bütövlüyünün bərpasına görə Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq hissələrini ifadə edib.

Həmsöhbət olduğumuz digər yürüş iştirakçıları da Laçının azad olunmasını daha bir zəfər kimi qiymətləndirib, Şuşada, Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Ağdamda, Kəlbəcərdə, nəhayət, Azərbaycanın dilbər guşələrindən biri olan Laçında üçrəngli bayrağımızın dalğalanmasından keçirdikləri qürur hissələrini dilə gətiriblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.