CƏMİYYƏT
Xalqımız Ulu Öndəri daim xatırlayacaq
Bakı, 12 dekabr, AZƏRTAC
Bu gün ölkəmizdə ulu öndər Heydər Əliyevin vaxtilə əsasını qoyduğu sosial-iqtisadi islahatlar uğurla davam etdirilir. Təqaüdçülərə göstərilən dövlət qayğısı da bu qəbildəndir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar dekabrın 12-də Fəxri xiyabana gələn paytaxt sakini, təqaüdçü Vahid Əhmədov deyib.
Hər il Ulu Öndərin xatirəsini ehtiramla yad etmək üçün Fəxri xiyabana gəldiyini deyən V.Əhmədov dahi rəhbərin hər zaman ölkəmizdə qayğıya ehtiyacı olan vətəndaşlara xüsusi diqqətlə yanaşdığını söyləyib. Müdrik dövlət xadiminin rəhbərliyi ilə müstəqil Azərbaycan çox uğurlara imza atıb. Xalqımız Ulu Öndəri daim xatırlayacaq, onun ölkəmiz üçün gördüyü işlərdən faydalanacaq.