Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Xalqımız sabitliyimizin, təhlükəsizliyimizin təminatçılarına daim güvənir

Xalqımız sabitliyimizin, təhlükəsizliyimizin təminatçılarına daim güvənir

Bakı, 19 noyabr, AZƏRTAC

2020-ci il tarixə Azərbaycanın şanlı Qələbəsi ili kimi yazılmaqla yanaşı, COVID-19-la mübarizənin dərinləşdiyi, bu öldürücü virusun insanların sağlamlığını təhdid dövrü kimi də xarakterizə olunacaq. Hər iki cəbhədə mübarizə birliyimizi, həmrəyliyimizi vacib amil kimi önə çəkərək “Biz birlikdə güclüyük!” çağırışının real həyatda öz əksini tapması ilə diqqət çəkir. Kimliyindən, siyasi əqidəsindən, siyasi mənsubiyyətindən, vəzifəsindən, peşəsindən asılı olmayaraq hər kəs bu birliyə öz töhfəsini verməyə səy göstərir. Hər iki mübarizədə, ümumiyyətlə, ölkəmizdə sabitliyin, təhlükəsizliyin təminatında asayiş keşikçilərinin, təhlükəsizlik orqanları əməkdaşlarının rolu danılmazdır. Onlar hər zaman dövlətimizi, dövlətçiliyimizi, təhlükəsizliyimizi qoruyur, Vətənə, xalqa xidmət missiyasını şərəflə yerinə yetirirlər. Necə ki, həkimlərimiz onlardan şəfa gözləyən xəstələrin qayğısını çəkmək üçün gecəli-gündüzlü fədakarlıq göstərir, eynilə Azərbaycan polisi, təhlükəsizlik orqanlarının əməkdaşları da həyatlarını bütün hallarda riskə ataraq sabitliyin, təhlükəsizliyin təminatçıları kimi şərəfli vəzifənin öhdəsindən layiqincə gəlirlər.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, bu gün Azərbaycan, əgər belə demək mümkündürsə, iki cəbhədə müharibə aparır. Hər iki müharibənin, ilk növbədə, ölkədə sabitliyinə, təhlükəsizliyin möhkəmləndirilməsinə, ayıq-sayıq olmağa çağırışlar etdiyini vurğulayan baş redaktor deyib: “Hər kəs bu reallığın şahidi oldu ki, bu çətin günlərdə dövlətin, xalqın təhlükəsizliyinin təminatı, insanların sabit, təhlükəsiz şəraitdə yaşaması prioritetdir, bu missiyanı yerinə yetirən qurumlar üzərilərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlirlər. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin fikirlərinə istinad etsək, dövlətin təhlükəsizlik, yaxud kəşfiyyat orqanı o vaxt qalib gəlir, öz vəzifəsini layiqincə yerinə yetirir ki, orada peşəkar kadrlar və müasir iş üslubu olsun. Ümummilli Liderin bu fikirləri Azərbaycanın hazırkı reallıqlarında öz aydın ifadəsini tapıb. Azərbaycanın dövlət təhlükəsizliyi və xüsusi xidmət orqanlarının əməkdaşları peşəkarlıq və müasir iş üslubu ilə çalışaraq xalqımızı və müstəqil dövlətimizi xarici qəsdlərdən və düşmən qüvvələrin təxribatlarından qətiyyətlə qoruyur, milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq terrorizmə, transmilli mütəşəkkil cinayətkarlığa, dini ekstremizmə qarşı mübarizədə xalqımıza və dövlətçiliyimizə sədaqət və əsl vətənpərvərlik nümunələri göstərirlər. O cümlədən bu gün Azərbaycan polisi dövlətə və xalqa sədaqət kimi ali prinsipləri rəhbər tutaraq insanların təhlükəsizliyinin və ölkənin sabitliyinin keşiyində ayıq-sayıq dayanır. Onların əməyi hər zaman dövlətimizin başçısı İlham Əliyev tərəfindən yüksək dəyərləndirilir. Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, 44 gün davam edən Vətən müharibəsində döyüş meydanında tarix yazan Azərbaycan Ordusunun döyüş qabiliyyəti və maddi-texniki təminat baxımından beynəlxalq standartlara tam cavab verməsi, təkmilləşməsi istiqamətində uğurlu siyasət yürüdən dövlətimizin başçısının həyata keçirdiyi islahatlar sayəsində təhlükəsizlik orqanlarının fəaliyyəti də yeni müstəviyə yüksəlib. Bu təkmilləşmənin, yeniləşmənin nəticələri istər COVID-19-la mübarizə, istərsə də İkinci Qarabağ müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyünün, təhlükəsizliyinin, sabitliyinin yüksək səviyyədə təmin olunmasında özünü qabarıq şəkildə göstərir. Vətən müharibəsinin gedişində Azərbaycan sabit, təhlükəsiz ölkə kimi mövqeyini möhkəmləndirməklə yanaşı, tolerant ölkə olduğunu da bir daha təsdiqlədi. Yeni dövrün tələblərinə və dövlət idarəetmə strukturunu təkmilləşdirməyə yönələn islahatlar beynəlxalq antiterror koalisiyasının fəal üzvlərindən olan Azərbaycanda həmişə olduğu kimi, 44 gün davam edən Vətən müharibəsi dövründə də sabitliyin təmin olunmasına, beynəlxalq erməni terrorizminə qarşı mübarizə tədbirlərinin daha da gücləndirilməsinə geniş imkanlar açdı”.

Baş redaktor diqqəti Azərbaycan polisinin fədakarlığına da yönəldərək bildirib ki, sərt karantin dövründə sosial şəbəkələrdə təqdim olunan videogörüntülərdə asayiş keşikçilərinin insanların qayğıları ilə yaşayaraq humanizm prinsiplərinə əsaslanmaqla onlara necə böyük dəstək göstərdikləri öz əksini tapır. O deyib: “Gündən-günə virusa yoluxanların, həyatını itirənlərin sayının artması məhdudlaşdırıcı tədbirlərin həyata keçirilməsini bir zərurətə çevirir ki, bu da öz növbəsində Azərbaycan polisini daha da ayıq-sayıq olmağa çağırır. Bəzi rayonlara gediş-gəlişə qoyulan qadağalar keçid məntəqələrində polislərin iş funksiyasının gərginliyini artırır. Polisimiz virusa yoluxma riskini azaltmaq üçün xüsusi karantin rejiminin tələblərinə ciddi riayət olunmasına nəzarət edir, qanunla müəyyən olunmuş qaydada, öz səlahiyyətləri çərçivəsində bu istiqamətdə müvafiq addımlar atır. Beləliklə, mübaliğəsiz demək olar ki, Azərbaycan polisi pandemiya dövrünün şəksiz qəhrəmanları sırasındadır”.

“Bu gün Azərbaycan şanlı qələbəni qeyd edir”, - söyləyən V.Rəhimzadə bildirib ki, koronavirus infeksiyasının coğrafiyasının genişləndiyi indiki məqamda Azərbaycan Ordusunun tarix yazması, tarixi ədaləti, ərazi bütövlüyümüzü bərpa etməsi insanların öz sevinclərini paylaşmaq üçün küçə və meydanlara axışması ilə nəticələnir ki, bu da hazırkı dövrdə böyük riskdir. Amma Azərbaycan polisi hər kəsin sevincinə şərik olmaqla yanaşı, ictimai asayişi qorumaq üçün üzərinə düşən vəzifəni də layiqincə, heç bir xoşagəlməz hallar yaşanmadan yerinə yetirməyə səy göstərir: “Dövlətimizin başçısı İlham Əliyevin 2020-ci il 27 sentyabr tarixli Fərmanına uyğun olaraq, hərbi vəziyyətlə əlaqədar ölkəmizdə komendant saatı elan olundu. Bakıda tətbiq edilən komendant saatı ilə əlaqədar paytaxtın müxtəlif ərazilərində polis postları qurulub və asayiş keşikçilərimiz hərbi vəziyyətin tələblərinə uyğun olaraq öz vəzifə səlahiyyətlərini yüksək peşəkarlıqla və vicdanla yerinə yetirirlər”.

Hazırda işğaldan azad olunan torpaqlarımıza Böyük Qayıdışla əlaqədar hazırlıq işlərinin görüldüyünü deyən Vüqar Rəhimzadə bildirib: “Dövlətimizin, xalqımızın təhlükəsizliyinin, ictimai asayişin təminatçıları böyük qürur hissi ilə bu qayıdışa hazırlıq işlərinə öz töhfələrini verməyə səy göstərirlər. Birliyimizin, həmrəyliyimizin sayəsində əldə edilən tarixi Qələbə bir daha bu reallığı təsdiqlədi ki, xalqın və dövlətin yüksək səviyyədə təhlükəsizliyi mühitinin formalaşması, ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün qorunması, xalqımızın təhlükəsizliyinin daha etibarlı müdafiəsi Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin əsasını təşkil edir. Xalqımız möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevlə, rəşadətli Azərbaycan Ordusu ilə, həmçinin təhlükəsizliyimizin, sabitliyimizin təmin olunmasında xüsusi rolu olan təhlükəsizlik orqanları və Azərbaycan polisi ilə fəxr edir. Birliyimiz yeni-yeni hədəflərə nail olmağımıza, ölkəmizin gələcək inkişafına daha böyük imkanlar açır”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Parisdə Olimpiya Oyunlarının açılış mərasimi ləğv edilə bilər

XİN: Macarıstan terrorizmi hər zaman qınayacaq

“Crocus City Hall”dakı terror aktında şübhəli bilinən daha bir nəfər saxlanılıb

Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirir

Gürcüstanın Bakuriani bölgəsində baş verən qar uçqunu nəticəsində bir nəfər itkin düşüb

Göyçayda yol qəzası baş verib, xəsarət alanlar var

Premyerası Bakıda keçirilmiş “Kalina krasnaya” filmi 50 yaşını qeyd edir

Gəncədə yaşayış binasında yanğın baş verib VİDEO

Netanyahu HƏMAS-ın “strateji aktivlərinə” həbs qoyulduğunu açıqlayıb

ABŞ Konqresinin nümayəndə heyəti Ankarada “F-16” tədarükü mövzusunu müzakirə edəcək

Gürcüstanın Baş naziri ölkə müsəlmanları üçün iftar süfrəsi təşkil edib

BMT: Konqonun şərqindəki döyüşlər 6 milyona yaxın insanın evlərini tərk etməsinə səbəb olub

Naxçıvandan Qarabağa yollanan şəhid ailələri Füzuli rayonunda olublar

“Crocus City Hall”da terror aktı törədilən yerdə sübutların yoxlanılması başa çatdırılıb

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir

Səfir Leyla Abdullayeva Fransanın nüfuzlu universitetində Azərbaycanın enerji siyasətindən danışıb VİDEO

Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır

Növbəti aqrar biznes festivalı Qubada təşkil olunub

Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar

Politoloq: Ermənistanın Gürcüstan ərazilərini işğal etməsi de-yure təsdiqlənib

Naxçıvanda sel sularından səmərəli istifadə təmin edilib

Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub

İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb

“Morgenland” Odlar Yurdu ilə görüşür” - Azərbaycan və Almaniya musiqiçilərinin birgə layihəsi təqdim olunub

Nazir: “SİMA İmza” tətbiqinin xarici ölkələrə ixracı üçün danışıqlar aparılır

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

Taha Ayhan: Məqsədimiz Şuşanın azad olunma hekayəsini bütün dünyaya çatdırmaqdır

Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək

Fərid Qayıbov: İl ərzində Şuşada gənclər üçün müxtəlif tədbirlər keçiriləcək

Roma Papasının səhhəti yaxşılaşıb

Elektron Təhlükəsizlik Xidməti OIC-CERT kibertəhlükəsizlik təşkilatına üzv olub

Nazirlik: Taksilərin ağ və ya qırmızı olması ilə bağlı tələb yalnız iyulun 1-dən idxal edilən avtomobillərə şamil edilir

N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz

“Clarivate” şirkətinin nümayəndəsi seçilmiş jurnalların əməkdaşları üçün təlim keçəcək

Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb

“Şuşa İƏT Gənclər Paytaxtı - 2024” beynəlxalq proqramının keçirilməsinə dair öhdəlik protokolu imzalanıb

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib

Canını Vətənə fəda edənlər – Elçin Şükürov

Bağçalara müdir vəzifəsinə işə qəbulun test imtahanı mərhələsinin qaydaları açıqlanıb

Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb

Mingəçevirdə yataqxana binasında yanğın olub, sakinlər təxliyə edilib

ABB Ağdaş filialını da yeniləyib

Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb

“İnsanlıq əleyhinə cinayət: soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar” mövzusunda konfrans keçirilib

Sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində AYNA-nın loqosu olacaq

Taksilərdə nağdsız ödəniş üçün pos-terminallar quraşdırılacaq

Taksi fənərləri ilə bağlı tələb müəyyənləşib

Qərbi Azərbaycan yallıları ilə bağlı kitabın təqdimatı olub

Akademik Əhəd Canəhmədov Niderlandda beynəlxalq tədbirdə elmi məruzə ilə çıxış edib

Azərbaycanla Misir arasında qida məhsullarının dövriyyəsini genişləndirmək məsələsi müzakirə olunub

Beynəlxalq turizm portalı Azərbaycanla bağlı yazı dərc edib

AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib

“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır

Buraxılış tarixi on beş ildən çox olan avtomobillər taksi kimi fəaliyyət göstərə bilməyəcəklər

Sumqayıtda yolların təmirinə başlanılıb VİDEO

Şokoladın həddindən artıq yeyilməsi baş ağrıları və qan təzyiqinin dəyişməsinə səbəb ola bilər

Ağciyər Xəstəlikləri İnstitutunda Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunan elmi-praktik konfrans keçirilib

“The Nation” qəzeti: ABŞ söz və fikir azadlığını qoruduğunu bildirir, lakin jurnalistlərin qətlinin təşkilində iştirak edir

Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydasında dəyişiklik edilib

"IELTS imtahanına təşviq" layihəsi çərçivəsində 300 nəfər uğurlu nəticə əldə edib

Türkiyə Silahlı Qüvvələri son bir həftədə 38 terrorçunu zərərsizləşdirib

Niyazinin mənzil-muzeyində Əməkdar artist Arif Manaflı ilə görüş

Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb

Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib

Azərbaycan və Türkiyə birgə tarixi film çəkəcəklər

“Azərbaycanda sürüşmə hadisələrinin kataloqu” Moskvada nəşr edilib

Korsikanın muxtariyyətinə dair qanun layihəsi qəbul olundu, deputat etiraz etdi: Bu, buxovdur

Birinci Beynəlxalq Opera Festivalının ən gənc iştirakçıları çıxışa hazırlaşırlar

Taksilərin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər təsdiqlənib

BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir

Kino Agentliyində “Kinematoqrafiya haqqında” Qanunun yenilənməsi məqsədilə işçi qrupu yaradılır

Novruz bayramı günlərində yollarda 39 yol-nəqliyyat hadisəsi baş verib

Bakı şəhərətrafı dəmir yolu nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya verilməsi Qaydaları təsdiqlənib

“Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1048-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Bakı şəhərətrafı dəmiryol nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Federasiya rəsmisi: “Böyük İpək Yolu” beynəlxalq turnirinin keçirilməsi ölkəmizdə boksun inkişafına müsbət təsir göstərəcək

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 5 avqust tarixli 279 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahanın keçirilməsi və onlara peşə ixtisasını təsdiq edən sənədin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli 173 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qafqazşünaslıq İnstitutunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş dəyirmi masa keçirilib

Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafozadan

Şərqşünas alimin məqaləsi Tehranda çap olunub

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Biləsuvarda vətəndaşları qəbul edib

Dünyanın futbol üzrə ən dəyərli “onbirliyi” açıqlanıb

Latviyanın xarici işlər naziri istefa verib

Beynəlxalq ekspert: COP29 Azərbaycanın iqtisadi mövqeyini gücləndirməsi üçün strateji fürsətdir - MÜSAHİBƏ

Əcnəbi tələbələr Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər

Qızıl medal qazanan boksçu: Rəqiblərim güclü olsa da, yarış mənim üçün yaxşı keçdi

AzTU Türkiyə universitetləri və istehsalat müəssisələri ilə əməkdaşlıq əlaqələrini genişləndirir

Azərbaycanın daha 2 boksçusu "Böyük İpək Yolu" turnirində qızıl medal qazanıb

BDU-da 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub

ATU rəhbərliyinə institusional akkreditasiya şəhadətnaməsi təqdim olunub

Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb

Şərqşünaslıq İnstitutunda Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib

Gürcüstanda ailə quranların sayı 14,5 faiz azalıb

Azərbaycanlı kinoprodüser beynəlxalq kino forumunda münsiflər heyətinə daxil edilib

YAP Səbail rayon təşkilatı Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbiri keçirib