CƏMİYYƏT


Xalqımıza qalibiyyət qüruru bəxş edən şəhidlərin xatirəsi yaddaşlarda əbədi yaşayacaq

Bakı, 27 sentyabr, AZƏRTAC

Torpaqlarımızın işğaldan azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda mübarizədə şəhidlik zirvəsinə yüksəlmiş həmvətənlərimizin əziz xatirəsi sentyabrın 27-də saat 12:00-da Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində də bir dəqiqəlik sükutla anılıb.

QAÇQINKOM-un mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 2020-ci il sentyabrın 27-də əks-hücum əməliyyatına başlayaraq, 44 gün ərzində təcavüzkar Ermənistanı təslim olmağa məcbur etməsinin xalqımızın şanlı tarixində xüsusi yer tutduğu diqqətə çatdırılıb.

Dövlətimizin başçısının böyük cəsarəti və qətiyyəti, dəqiq və məqsədyönlü hərbi-siyasi və diplomatik addımları, hərbçilərimizin misilsiz qəhrəmanlığı sayəsində iki il bundan əvvəl işğaldan azad edilmiş ərazilərdə artıq genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığı, doğma yurd yerlərimizə Böyük Qayıdışın başlandığı vurğulanıb. Üzərinə axan şəhid qanı ilə müqəddəsləşən torpaqlara yenidən həyat qayıdır ki, bununla da xalqımız və dövlətimiz sülh, əmin-amanlıq, dinclik şəraitində yaşamaq və bölgənin hərtərəfli inkişafına nail olmaq əzmini nümayiş etdirir.

Mərasimdə bir daha qeyd olunub ki, bizə Zəfər sevinci, qalibiyyət qüruru bəxş edən şəhidlərin xatirəsi yaddaşlarda əbədi yaşayacaqdır.

Allahdan şəhidlərimizə rəhmət diləyirik.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.