REGİONLAR


Xalqımızın mənəvi dəyərləri M.Dilbazi yaradıcılığında məhəbbətlə tərənnüm edilir

Ağsu, 21avqust, AZƏRTAC

Xalq Şairi Mirvarid Dilbazinin anadan olmasının 105 illiyi münasibətilə Ağsu Rayon Mərkəzi Kitabxanasında mütaliə günü təşkil olunub.

İsmayıllı Regional Mədəniyyət və Turizm idarəsindən AZƏRTAC-a bildirilib ki, mütaliə günündə mərkəzi kitabxananın əməkdaşları Xalq Şairinin mənalı ömür yolu və zəngin poeziya dünyası haqqında oxuculara ətraflı məlumat veriblər. Bildirilib ki, Mirvarid Dilbazi 1912-ci il avqustun 19-da Qazax rayonunda dünyaya gəlib. Onun “Qadınların hürriyyəti” adlı ilk şeiri 1927-ci ildə nəşr olunub. Şairənin müxtəlif illərdə çapdan çıxan “Bizim səsimiz”, “Vətən eşqi”, “Sənətkarın xəyalı”, “Xatirələr olan yerdə”, “Həyat lövhələri” və başqa kitablarında xalqımızın tarixi və mənəvi dəyərləri böyük məhəbbətlə tərənnüm edilib. Vurğulanıb ki, Mirvarid Dilbazinin əsərləri bu gün də sevilə-sevilə oxunur.

Daha sonra oxucular Mirvarid Dilbazinin kitabları, eyni zamanda, kitabxananın fonduna yeni daxil edilmiş kitablarla tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.