MƏDƏNİYYƏT


Xalqımızın tolerantlığının ön planda təsvir edildiyi “Yüksəliş” romanı çapdan çıxıb

Bakı, 13 sentyabr, AZƏRTAC

Bakıdakı “AFpoliqrAF” mətbəəsində Yalçın Nəbiyev və Elmira Hacıyevanın “Yüksəliş” (“Vosxojdeniye”) romanı nəşr edilib.

AZƏRTAC xəbər verir ki, romanda cərəyan edən hadisələr müxtəlif ölkələrdə, əsasən Azərbaycan, İsrail və Almaniyada baş verir və XX əsrin əvvəllərindən bu günümüzədək olan dövrü əhatə edir.

Romanda dostluq və sevgi, sədaqət və satqınlıq, fədakarlıq və xəyanətdən bəhs olunur. Təkcə romanın baş qəhrəmanlarının obrazları deyil, həm də ilk baxışda təsadüfi görünən, amma ümumi ab-hava ilə vəhdət təşkil edən personajlar da maraq doğurur. Romanın vaxtilə Azərbaycanda böyüyüb boya-başa çatmış baş qəhrəmanları hazırda İsraildə yaşayır, bizneslə məşğul olur və tarixi vətənləri ilə iqtisadi əlaqələr qururlar. Əsərin müəllifləri bakılıların, hətta ölkə hüdudlarından kənarda olsalar belə, mentalitetini, həmçinin xalqımıza xas olan tolerantlığı qoruyub saxladıqlarını təsirli vasitələrlə oxucuların diqqətinə çatdıra biliblər.

Romanda müxtəlif xalqların bənzərsiz milli mənəvi dəyərləri, məişəti və adət-ənənələri təfərrüatı ilə və xüsusi məharətlə təsvir edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.