SİYASƏT


Xalqın xilaskarının xatirəsini ehtiramla yad etmək biz gənclərin mənəvi borcudur

Bakı, 12 dekabr, AZƏRTAC

Ümummilli lider Heydər Əliyev müasir Azərbaycan dövlətinin xilaskarıdır. Bu gün biz gənclər firavan və inkişaf edən bir dövlətin vətəndaşları kimi sabit bir ölkədə yaşayırıqsa, buna görə yalnız dahi şəxsiyyət Heydər Əliyevə borcluyuq. Bu səbəbdən də Ulu Öndərin xatirəsini ehtiramla yad etmək biz gənclərlə yanaşı, bütün Azərbaycan vətəndaşlarının mənəvi borcudur.

Bu fikirləri ümummilli lider Heydər Əliyevin vəfatının 11-ci ildönümü ilə əlaqədar onun məzarını ziyarət etmək üçün Fəxri Xiyabana gələn Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının aparat rəhbəri Ramil Vəlibəyov AZƏRTAC-a müsahibəsində deyib.

Onun sözlərinə görə, parçalanmaq və dağılmaq ərəfəsində olan Azərbaycan dövlətini və tarixin sərt sınaqları qarşısında qalan xalqımızı xilas edən ümummilli lider Heydər Əliyev ölkəmizin sabit və dinamik tərəqqisi üçün möhkəm təməl yaratdı. “Bu gün Ulu Öndərimizin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı daha da inkişaf etdirməklə beynəlxalq münasibətlər sisteminin ən fəal aktoruna və sosial rifah dövlətinə çevirib. Azərbaycan gəncliyi də möhkəm təməli olan bir ölkənin vətəndaşları kimi üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir və daim ümummilli lider Heydər Əliyevin irsinə sadiq qalmağı özünə mənəvi borc bilir”, - deyə R.Vəlibəyov əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.