Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Xan Şuşinski ilə son görüş

Xan Şuşinski ilə son görüş

Bakı, 17 may, AZƏRTAC

Bütün müasirləri kimi mən də ona hörmət əlaməti olaraq həmişə “Xan əmi” demişəm. Ağayana, sanballı, doğrudan da, özünü əsl kişi kimi ləyaqətlə aparan bu kişini həyatda çox görmüş, dəfələrlə çıxışına baxmış, səsini dinləmişəm. Lakin onunla cəmi-cümlətani bir neçə dəfə həmsöhbət olmuşam. Bu söhbətlər də, onun gözəl, nurani sifəti də həmişəlik yaddaşıma köçüb...

Xan Şuşinskini hər il yay istirahətini doğma şəhəri Şuşada keçirirdi. Ya altmış altıncı, ya da altmış yeddinci il idi. Yaxın qohumum Məmmədəli Novruzov da ailəsi ilə birlikdə burda dincəlirdi. Respublikanın tanınmış milis işçilərindən olan Məmmədəli dayı Xan Şuşinski ilə bərk dost idi və onlar bütün günlərini bir yerdə keçirirdilər. Bilirdim ki, Xan əmi haqqında ilk mətbu yazını da otuzuncu illərin əvvəllərində Ağdamda çıxan “Lenin yolu” qəzetində o yazıb. Onu da bilirdim ki, Məmmədəli dayının toy məclisini elə həmin vaxtlar Malıbəylidə Xan əmi aparıb.

Bu sətirlər tanınmış tədqiqatçı-jurnalist Vasif Quliyevin “Susan da Xan idi, danışan da Xan...” sərlövhəli məqaləsindən götürülüb. AZƏRTAC həmin məqaləni təqdim edir.

Mən də, Məmmədəli dayının oğlu Rövşən də daim onların yanında olar, tez-tez birlikdə şəhəri gəzməyə çıxardıq. Bir gün axşamüstü Məmmədəli dayı dedi ki, Xan Bazarbaşı meydanda onu gözləyir. Üzünü bizə tutub dedi: “Uşaqlar, durun gedək, bir az havamızı dəyişək”. Biz meydana tərəf yollandıq. Xan əmi Şuşada Əvəz bəy kimi tanınan uşaqlıq dostu ilə bağdakı skamyaların birində oturub söhbətləşirdi (həmin skamya ancaq Xan əmiyə məxsus idi. Yəni, o, ora gələn vaxt əgər bu skamyada yaşından asılı olmayaraq kimsə oturmuş olsaydı, o dəqiqə qalxıb, yerini Xan əmiyə verərdi. Çünki xanəndə bağdakı başqa skamyalarda oturmazdı). Məmmədəli dayını görən kimi, oturduğu yerdən durub, “gəldim”- deyə ağır-ağır bizə tərəf addımlamağa başladı. Salamlaşdılar. Xan əmi üzünü Əvəz bəyə tərəf tutub, “o getmir, deyiklisini gözləyir” (təxminən səksən beş il yaşamış Əvəz bəy ömründə bir dəfə də olsun evlənməmiş, gör evinə subay getmişdi), - deyib onunla zarafatlaşdı.

İstirahət evinə sarı yollandıq. Ora çatana qədər bizimlə qabaqlaşanlar öz həmyerlilərinə hörmət və məhəbbətlərini ifadə etmək üçün ehtiramla ona təzim edir, salam verirdilər... İstirahət evinin geniş həyətini demək olar ki, başdan-ayağa gəzdik. Sonra yorğunluqlarını almaq üçün Məmmədəli dayının təklifi ilə oturacaqların birində əyləşdilər. Rövşənlə mən xalı kimi yumşaq və yaşıl otların üstündə oturub, uşaq marağı ilə onların söhbətlərinə qulaq asırdıq. Xeyli vaxt keçdi. Məmmədəli dayı bizim artıq darıxdığımızı hiss edib, oğluna dedi ki, qaç Xəlil əminin (Xəlil əmi istirahət evinin həyətindəki çayxananı işlədirdi. Qalalıların əksəriyyəti kimi onun da ləqəbi vardı: Qobu Xəlil) yanına, denən bir yaxşı kəkotu çayı dəmləsin, Xan əmiylə gəlirik ora. Rövşən çayxanaya tərəf götürüldü. Tək qaldığımızı görən Xan əmi məni yanına çağırdı və üzünü Məmmədəli dayıya tutub:

-Məmmədəli, bu uşaq nəyindir, onu tez-tez sizin yanınızda görürəm, - deyə soruşdu.

Məmmədəli dayı:

-Yaxın qohumumdur. Rövşənlə tay-tuş olduqlarından həmişə bir yerdə gəzirlər, - deyə məni Xan əmiyə tanıtdı.- Bacıoğlu, gəl otur yanımda- dedi. Mən skamyanın bir küncündə lal-dinməz oturub, onların bir-birindən maraqlı söhbətlərinə qulaq asmağa başladım. Söhbət nədən düşdüsə, Məmmədəli dayı Xan əmiyə dedi:

-Xan, sən bir “Şahnaz” başla, mən də gəlirəm dalınca.

Xan əmi dostunun sözünü yerə salmadı, şaqraq səsini cilovlayıb aşağı tonda oxumağa başladı. Bir neçə ağız deyəndən sonra Məmmədəli dayı onu “əvəz elədi”. Sanki onlar səsə yarışına çıxmışdılar. Mən isə uşaq heyrəti ilə bu ağsaqqal kişilərə tamaşa eləyirdim... Rövşənin nə vaxt qayıtdığını da heç kəs hiss eləməmişdi. O, Xəlil əminin gözlədiyini bildirdi...

Xanəndələr xanı Xan əmi ilə ilk dəfə təmasda belə oldum.

Aradan illər ötüb keçdi. Düzdür, hər il yayda onu Şuşada görsəm də, “həmnsöhbət” ola bilmirdim. Çünki Məmmədəli dayıgil öz istirahətlərini artıq başqa kurortlarda keçirirdilər...

Bakıya köçmüşdüm. Musiqiyə böyük həvəsim və bəzi müğənnilərlə tanış olduğumdan boş vaxtlarımda tez-tez filarmoniyanın qabağına gedirdim. Demək olar ki, çox vaxt da Xan Şuşinskini orda görürdüm. Düzü, bir neçə dəfə yanından ötüb-keçəndə salam da vermişdim, amma məni yəqin ki, tanımayacağını zənn edib, yaxınlaşıb görüşmürdüm.

Mən həmin vaxtlar klassik xanəndələrimizdən olan Malıbəyli Həmid və Malıbəyli Əsgər qardaşlarından yazı yazmaq fikrində idim. Ona görə də malıbəyli Əsgəri yaxından tanıyan qocaman tarzən Bəhram Mansurovla görüşmək üçün filarmoniyanın bağına getmişdim. Bəhram müəllim, Xan Şuşinski, Əbülfət Əliyev skamyada yan-yana oturub, söhbət edirdilər. Yaxınlaşıb, salam verdim. Bəhram müəllimə gəlişimin məqsədini bildirdim. Xan əmi xanəndə qardaşların adını eşidən kimi təvazökarlıqla:

-Hayıf Həmiddən, ondan yox idi! Biz hamımız (o, tay-tuşlarını nəzərdə tuturdu) oxumağı Malıbəyli Həmiddən öyrənmişik, -deyə maraq dolu nəzərlərlə mənə baxıb soruşdu:

-Bala, onları hardan tanıyırsan?

Mən bir az ürəklənib dedim:

-Xan əmi, bir kənddən olasan, onları tanımayasan?!

Xan Şuşinski yenə maraqlandı:

-Bala, Malıbəylidənsən? Kimlərdənsən?

-Məmmədəli Novruzovun qohumuyam, - deyə özümü ona xatırlatmaq istədim. Xan əmi sözümün gerisini deməyə qoymayıb:

-Çoxdan görünmür Məmmədəli. Görsən, denən ki, Xan əminin ürəyi yaman yarpızlı dovğa istəyir. Qoy Ceyran bajı (Ceyran xala Məmədəli dayının həyat yoldaşı idi. Xan Şuşinski özünün məşhur “Ceyran” mahnısını ona qoşmuşdu) bir Qala dovğası bulasın, xəbər versin, gələjəm, - deyə qəlyanına bir qullab vurdu.

Təxminən bir saatlıq söhbətdən sonra onlardan xoş təəssüratla ayrıldım. Bu bir saat bəlkə də mənim ömrümün ən yaddaqalan, ən şirin çağlarından birinə çevrildi. Bu, mənim böyük xanəndəmizlə sonuncu söhbətim, sonuncu görüşüm oldu.

Bir neçə aydan sonra xan əmi həyata vida dedi. Yazıçılar, şairlər, bəstəkarlar, musiqiçilər, xüsusilə, xalq kütlələri üzlərində dərin kədər hissi ilə onu son mənzilə yola salırdılar. Hərə ürəyində musiqimizin xanına- Xan Şuşinskiyə bir cür yas saxlayırdı. Şair Nəriman Həsənzadə isə böyük sənətkara o vaxtdan mənim yaddaşımda əbədiləşən misralarla heyifsilənirdi:

Bir heyrət bürüyüb məni bu yerdə,

Dolub izdihamla Fəxri xiyaban.

Tabutu çiynində, səsi efirdə,

Susan da Xan idi, oxuyan da Xan...

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNİB

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

Laçında ilk dəfə “Laçında peşə öyrən!” adlı yarmarka keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir

Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb

Romada “Agdam delenda est. Images from Karabakh” adlı foto kitabın təqdimatı olub VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB

Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub

Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub

Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir

Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək

Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir

UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb

Azərbaycan və Qırğızıstan prezidentlərinin Füzuli-Ağdam səfərləri siyasi mesaj ehtiva edən həmrəylik göstəricisidir ŞƏRH

Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər

AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb

Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır

Xocalıda insan qalıqları aşkarlanıb VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb

AzTU-da gənc alimlər üçün seminar keçirilib

“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq