Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

“Xan” idman klubunda dünya və Avropa çempionları yetişirlər

Bakı, 10 aprel, AZƏRTAC

Ölkəmizdə Olimpiya idman növləri ilə yanaşı, qeyri-Olimpiya idman növlərinə də dövlət tərəfindən böyük diqqət və qayğı göstərilir. Təsadüfi deyil ki, Azərbaycanda qeyri-Olimpiya idman növləri üzrə də qazanılan böyük qələbələr bir-birini əvəz edir. Döyüş növlərindən biri olan kyokuşin karate də yeniyetmələr arasında ən çox sevilən idman növlərindən biridir. Bu idman növü güc, cəsarət və böyük zəhmət tələb edir. Məşqçi kimi fəaliyyət göstərdiyim müddətdə rəhbərliyim altında yüzlərlə uşaq və yeniyetmə idmanın bu növünün sirlərinə yiyələnib.

Bu sözləri Azərbaycan Kyokuşinkay Karate və Ciyutaido Federasiyasının məşqçisi, “Xan” idman klubunun rəhbəri, dəfələrlə respublika və beynəlxalq turnirlərin qalibi, II Dan qara kəmər ustası, beynəlxalq dərəcəli hakim Azadxan Qasımov AZƏRTAC-a müsahibəsində deyib.

Klubda dünya və Avropa çempionatlarının, beynəlxalq turnirlərin qalib və mükafatçılarının yetişdiklərini deyən məşqçi bildirib ki, klubun yetirmələri Zabrat qəsəbəsində yerləşən zallarda məşqləri davam etdirirlər. Sevindirici haldır ki, mərkəzlə yanaşı, ən ucqar kəndlərdə belə uşaq və yeniyetmələr idmana böyük maraq göstərirlər. Şübhəsiz, bununla da onlar sağlam olmaqla yanaşı, həm asudə vaxtlarını səmərəli keçirir, həm də zərərli vərdişlərdən uzaq olurlar. Düşünürəm ki, yeniyetmə və gənclərin qeydinə qalmaqla parlaq gələcəyimizi təmin etmiş oluruq.

O, klubun yetirmələrinin Zabratdakı zallarda mütəmadi məşqlər keçdiklərini, döyüş növünün sirlərinə böyük həvəslə yiyələndiklərini bildirib.

Uşaq və yeniyetmələrin vətənpərvərlik ruhunda
yetişmələrinə xüsusi diqqət yetirilir

A.Qasımov yetirmələrinin idmanda yüksək nailiyyətlər qazanmaları ilə yanaşı, onların vətənpərvərlik ruhunda yetişmələrinə də xüsusi diqqət yetirildiyini bildirib: “Kyokuşinkay Karate və Ciyutaido Federasiyası, başda federasiyanın prezidenti Teyyub Əzizov olmaqla klub və cəmiyyətlərdə bu idman növünü inkişaf etdirməklə yanaşı, yeniyetmə və gənc idmançıların vətənpərvər ruhda yetişmələrinə də xüsusi diqqət və qayğı göstərir. Beynəlxalq turnirlərdə, dünya kuboklarında idmançılarımız Azərbaycanı yüksək səviyyədə təmsil etmək üçün öz bacarıqlarından maksimum istifadə etməyə çalışırlar. Azərbaycanın bayrağını ucaltmaq, dövlət himnini səsləndirmək böyük şərəfdir”.

On üç ildən artıq məşqçilik fəaliyyəti ilə məşğul olan klub rəhbəri ötən müddətdə yetirmələrinin əldə etdikləri nailiyyətlərdən danışıb: “Üç yetirməm 2018-ci ildə Türkiyədə keçirilən dünya kubokunda qızıl medal qazanıb. Həmin il İranda keçirilən İslam Olimpiadasında da yetirmələrimdən üçü birinci yeri tutub. Təqdirəlayiq haldır ki, son vaxtlar döyüş növlərinə oğlanlarla yanaşı, qızlar da böyük maraq göstərirlər. Tələbələrimdən dəfələrlə respublika çempionu adını qazanan, dünya çempionatının qalibi və dünya kuboku yarışlarının qızıl medalçısı Fidan İsmayıllı, bir neçə dəfə ölkə birinciliyinin qalibi və dünya kubokunun sahibi olan Rafael Əmrahov və Azərbaycan çempionu, İslam Olimpiadasının və dünya kubokunun qalibi Kamil Əliyev keçən ilin yekunlarına görə "Ən yaxşı döyüşçü" seçiliblər. Yetirmələrim arasında 20-yə yaxın respublika çempionu var”.

Məşqçi ötən ay - martın 30-31-də “Xan” klubunun üzvlərinin Bərdədə 12 klubdan 120-dən çox idmançının iştirak etdiyi yarışda komanda hesabında ikinci yeri tutduğunu, 13 idmançıdan doqquzunun qızıl, üçünün gümüş, birinin bürünc medal qazandığını bildirib. O, hazırda komandanın mayın 3-dən 5-dək milli cütayyo idman növü üzrə keçiriləcək dünya kubokuna hazırlaşdığını da bildirib: “Hazırda komandamız təlim-məşq prosesi keçir. Mayın 3-dən 5-dək respublikamızda milli cütayyo idman növü üzrə keçiriləcək dünya kubokuna hazırlaşırıq. Dünya kubokunda S, T və K versiyaları üzrə yarışlar keçiriləcək. Turnirdə 15 ölkənin iştirakı gözlənilir. Bu yarışda Yaponiyadan da komanda iştirak edəcək. Azərbaycan bu turnirdə 150-yə yaxın idmançı ilə təmsil olunacaq. Ümidvaram ki, "Xan" idman klubu yarışda böyük nailiyyətlər qazanacaq. Əldə etdiyimiz uğurlar yüksək zəhmətin nəticəsidir.

Qeyd edək ki, Azadxan Qasımov 2011-ci ildə "Ən yaxşı məşqçi", 2013-cü ildə "Ən yaxşı hakim", 2018-ci ildə isə "İlin ən ədalətli hakimi", “Respublika üzrə ilin müəllimi” adlarına layiq görülüb. “Xan” idman klubu isə “İlin komandası” olub.

Azadxan Qasımovun yetirmələrindən biri, perspektivli idmançı İlham Məlikzadə məşqləri böyük həvəslə davam etdirdiyini bildirib: “Döyüş növləri ilə məşğul olmaq insandan böyük zəhmət və ciddi səy tələb edir. Məşqçimiz Azadxan Qasımovdan kyokuşin karate idman növünün sirlərini böyük həvəslə öyrənirik. Məqsədim beynəlxalq turnirlərdə Azərbaycanı layiqincə təmsil etməkdir. Bununla yanaşı, dərslərimi də yaxşı oxumağa çalışıram”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda "Qafqaz Albaniyası: Etnoarxeologiya, yazılı mənbələr və tarixi abidələr” adlı XI beynəlxalq konfrans keçirilir

Xətai rayonunda qətl törədilib

Astanada ŞƏT-ə üzv ölkələrin müdafiə nazirlərinin iclası keçiriləcək

ABŞ dövlət istiqrazlarının gəlirliliyi geosiyasi risklərə görə azalır

Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanılıb

Quterreş Azərbaycan və Ermənistanı münasibətlərin normallaşması üçün bütün məsələləri həll etməyə çağırıb

Blinken Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə razılaşmanı alqışladığını bildirib

Ekvadorda enerji böhranı ilə əlaqədar iki ay müddətinə fövqəladə vəziyyət rejimi tətbiq edilib

OLED-displeyləri ilə təchiz edilmiş ilk bank kartı təqdim olunub

Koronavirus infeksiyasının müalicəsi üçün yeni molekul yaradılıb

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub VİDEO

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb