MƏDƏNİYYƏT


“Xan qızı Natəvan” adlı videoçarx hazırlanıb

Bakı, 28 iyul, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının İnformasiya-resurs şöbəsi tərəfindən Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyi ilə əlaqədar “Xan qızı Natəvan” adlı videoçarx hazırlanıb.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, videoçarxda xeyriyyəçi şairə Xurşidbanu Natəvanın həyat və yaradıcılığı barədə geniş məlumat verilib. Qeyd edilib ki, şairə yaradıcılığa ənənəvi şərq mövzusu və şeirlərlə başlayıb: “Onun “Gülün”, “Qərənfil” və sair qəzəllərində məhəbbət, təbiət gözəllikləri tərənnüm olunur. 16 yaşlı oğlunun ölümündən sonra isə “Ağlaram”, “Olaydı”, “Getdi”, “Sənsiz”, “Ölürəm” və başqa bu kimi bədbin ruhlu şeirlər yazıb. X.Natəvanın adına küçə, kitabxana və məktəb var. Əlyazmaları, şəxsi geyim, eləcə də əşyaları arxiv və muzeylərdə saxlanılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.