MƏDƏNİYYƏT


“Xan qızı Natəvan” mövzusunda dəyirmi masa təşkil edilib

Bakı, 9 avqust, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 nömrəli filialında “Xan qızı Natəvan” mövzusunda dəyirmi masa keçirilib.

AZƏRTAC xəbər verir ki, filialın əməkdaşı Dilşad Əliyeva Xurşidbanu Natəvan haqqında tədbir iştirakçılarına məlumat verib. Natəvanın Qarabağ xanlığının banisi İbrahimxəlil xanın nəvəsi, ailənin yeganə övladı və xanlığın sonuncu vərəsəsi olduğunu diqqətə çatdırıb.

Tədbirin iştirakçısı ixtisasca həkim olan Sahilə Qasımova qeyd edib ki, Xurşidbanu Natəvan şeir söz-sənət ustası olmaqla yanaşı, həm də xeyriyyəçilik işləri ilə tanınmış nəcib bir qadın olub. Onun xeyriyyəçilik fəaliyyətində Şuşaya çəkdirdiyi bulaq “Xan qızı bulağı“ adı ilə məşhur olub.

Tədbirin sonunda filialın müdiri Mətanət Qasımova vurğulayıb ki, Qarabağın incisi Şuşanın ismət gövhəri Xurşidbanu Natəvanın keçdiyi şərəfli ömür yolu öyrənməli, onun yaradıcılığı gələcək nəsillərə bir örnək olaraq qorunmalı və təbliğ edilməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.