REGİONLAR


Xanəndə Elgiz Əliyev: Xoşbəxtəm ki, Şuşada keçirilən bu möhtəşəm musiqi bayramında iştirak etdim

Şuşa, 19 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Çox əlamətdar, gözəl bir gün oldu. Şuşada ilk dəfə Milli Musiqi Günü keçirildi. Üzeyir musiqisi uzun illərdən sonra yenidən Şuşada səsləndi.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalında iştirak etmək üçün Şuşaya gələn xanəndə Elgiz Əliyev sözləyib.

O deyib: “Şuşaya ilk dəfədir gəlmişəm. Bu torpaqlara qədəm qoyanda göz yaşlarımı saxlaya bilmədim. Şuşa ilə bağlı muğam da oxudum. Qeyri-adi hislərdir. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Bir Azərbaycan vətəndaşı olaraq xoşbəxtəm ki, Şuşada keçirilən bu möhtəşəm musiqi bayramında iştirak etdim”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.