MƏDƏNİYYƏT


Xanəndə və instrumental muğam ifaçılarının V Respublika müsabiqəsi başa çatıb

Bakı, 23 fevral, AZƏRTAC

Təhsil Nazirliyi və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə xanəndə və instrumental muğam ifaçılarının V Respublika müsabiqəsi başa çatıb.

Azərbaycan Milli Konservatoriyasından AZƏRTAC-a bildiriblər ki, fevralın 23-də konservatoriyanın böyük zalında müsabiqənin yekun konserti - mükafatlandırma mərasimi keçirilib.

Mərasimdə təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Konservatoriyanın rektoru, Xalq Artisti Siyavuş Kərimi, tanınmış mədəniyyət və incəsənət xadimləri, konservatoriyanın professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Həftə boyu davam edən müsabiqə dinləyicilər üçün açıq şəraitdə keçirilib.

Müsabiqənin ilk turundan sonra həlledici ikinci turda 21 iştirakçı əsas yerlər uğrunda mübarizə aparıb. Onlardan 10 nəfər xanəndəlik nominasiyası üzrə, digər 10 nəfər isə instrumental muğam ifaçılığı üzrə öz istedadlarını nümayiş etdiriblər.

İştirakçıların uğurlu çıxışları, münsiflər heyətini hər yer üzrə (1,2,3) iki iştirakçı seçməyə məcbur edib. Təyin olunmuş yerlərdən əlavə müsabiqədə uğurlu çıxışlarına görə ikinci turun digər iştirakçıları diplomla təltif olunublar.

Naziri müavini Firudin Qurbanov və konservatoriyanın rektoru Siyavuş Kərimi çıxış edərək iştirakçıları təbrik edib, onlara uğurlar arzulayıblar.

Sonda birinci yerə layiq görülən iştirakçıların çıxışları olub.

Müsabiqədə ilk üç yeri tutan qalib iştirakçılar V Beynəlxalq Muğam Festivalında iştirak etmək hüququ qazanıblar.

Müsabiqədə xanəndəlik nominasiyası üzrə birinci yerə Almaxanım Əhmədli və Nisbət Sədrayeva, ikinci yerə Pərviz Qasımov və Səma Sultanova, üçüncü yerə isə Gülnar Qüdrətli və Elsevər Muradov layiq görülüblər.

İnstrumental muğam ifaçılığı nominasiyası üzrə birinci yeri Nurlan Cəbizadə və Elnur Mikayılov, ikinci yeri Mircavid Cəfərov və

Ələfsər Rəhimov, üçüncü yeri Arifə İmanova və Zülfüqarov İsmayıl tutublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.