MƏDƏNİYYƏT


“Xankəndi necə Stepanakert oldu” videoçarxı Özbəkistan və Qırğızıstan portallarında

Daşkənd, 29 noyabr, АZƏRTAC

Özbəkistanın “interpress.uz” və Qırğızıstanın “turktoday.info” portalları Azərbaycan Dövlət Tərcümə Mərkəzinin müxtəlif xarici dillərdə hazırladığı “Xankəndi necə Stepanakert oldu” videoçarxını və onun mətnini öz oxucularına təqdim edib.

AZƏRTAC xəbər verir ki, portallarda Xankəndinin tarixi haqqında məlumat verilir, Rusiya və İran arasında 1828-ci ildə bağlanan Türkmənçay müqaviləsindən, bu sənədə əsasən, ermənilərin Dağlıq Qarabağa köçürülməsindən danışılır.

Videoçarxda bildirilir ki, 1752-ci ildə Şuşa şəhərinin əsasını qoyan Qarabağ xanı Pənahəli xanın oğlu İbrahimxəlil xan Şuşa dağının ətəyində, səfalı yerdə özünə yay iqamətgahı tikdirir və həmin ərazi İbrahimxəlil xanın adıyla Xankəndi adlandırılır. Sonradan İbrahimxəlil xanın oğlu Mehdiqulu xan ailəsinin və yaxın qohumlarının qış aylarını keçirdiyi Xankəndini sevimli xanımı Pəricahan bəyimə hədiyyə edir.

Vurğulanır ki, 1805-ci ildə imzalanan Kürəkçay və 1813-cü il tarixli Gülüstan müqaviləsindən sonra Qarabağ Xanlığı Rusiya imperiyasına birləşdirilir və Xankəndinə rus hərbi süvari korpusu yerləşdirilir.

Qeyd olunur ki, 1828-ci il fevralın 10-da imzalanan Türkmənçay müqaviləsindən sonra bu əraziyə İran və Türkiyədən çoxlu erməni ailəsi köçürülür, məkanın adı Xankəndi olaraq qalır.

Bildirilir ki, ancaq 1923-cü ildə o zaman Azərbaycanın rəhbəri olan Sergey Mironoviç Kirovun göstərişi ilə Stepan Şaumyanın şərəfinə şəhər Stepanakert adlandırılır.

Videoçarxda 44 günlük Vətən müharibəsi haqqında da məlumat verilir, torpaqlarımızın azad edilməsindən danışılır.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.