MƏDƏNİYYƏT


“Xankəndi necə Stepanakert oldu” xarici KİV-də

Bakı, 26 noyabr, AZƏRTAC 

Bir sıra nüfuzlu dünya xəbər portalları – Türkiyənin “Alternatiftarih”, Misirin “Əl-Vəsilə Nyus”, “Asya əl-Yaum”, “Nile-Nyus”, İraqın “İraq-Nyus”, Birləşmiş Ərəb Əmirliklərinin “Səda onlayn”, Fələstinin “Bayader”, Küveytin “8-press”, Çinin “Alharir.info”, Ukraynanın “Kievinform”, İspaniyanın “Turaz.es” Dövlət Tərcümə Mərkəzinin müxtəlif xarici dillərdə hazırladığı “Xankəndi necə Stepanakert oldu” sənədli videoçarxının yayınına başlayıb.

Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, sənədli arxiv materialları əsasında hazırlanmış videoçarx Xankəndinin qədim tarixindən, Rusiya ilə İran arasında bağlanmış Türkmənçay müqaviləsinin şərtlərinə uyğun olaraq Qarabağa köçürülmüş ermənilərin Azərbaycanın qədim şəhəri olan Xankəndidə və ətraf ərazilərdə apardıqları məkrli erməniləşdirilmə siyasətindən, yerli əhaliyə qarşı amansız təqib və vəhşiliklərindən bəhs edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.