MƏDƏNİYYƏT


“Xanuma” onlayn göstəriləcək

Bakı, 19 may, AZƏRTAC

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında gürcü dramaturqu A.Saqarelinin “Xanuma” əsəri əsasında hazırlanan eyniadlı tamaşa növbəti dəfə mayın 31-də sənət ocağının “facebook” səhifəsi vasitəsilə onlayn nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ikihissəli musiqili parodiya Əməkdar incəsənət xadimi Mikayıl Mikayılovun quruluşunda təqdim olunacaq. Tamaşanın quruluşçu rəssamı Mustafa Mustafayev, musiqi tərtibatçısı Xalq artisti Tofiq Quliyevdir.

Səhnə əsərində rolları Xalq artistləri Bəsti Cəfərova, Ramiz Novruz, Hacı İsmayılov, Cəfər Namiq Kamal, Zemfira Nərimanova, Əməkdar artistlər Mətanət Atakişiyeva, Şəlalə Şahvələdqızı, Elşən Rüstəmov və başqaları ifa edəcəklər.

Dramaturqun 1882-ci ildə yazdığı ailə-məişət, ülvi sevgi hisslərindən bəhs edən əsər əsasında hazırlanan tamaşada hadisələr XIX əsrdə Tbilisidə cərəyan edir.

Qeyd edək ki, tamaşanın premyerası 2011-ci ildə reallaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.