Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Xaqani Fərəcov: Prezidentin Sərəncamı Azərbaycanda könüllülük hərəkatının inkişafına daha da təkan verəcək

Xaqani Fərəcov: Prezidentin Sərəncamı Azərbaycanda könüllülük hərəkatının inkişafına daha da təkan verəcək

Bakı, 24 yanvar, Səadət Hakıyeva, AZƏRTAC

Azərbaycanda əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti uğurla həyata keçirilir. Azərbaycan dövləti gənclər siyasətini prioritet istiqamət kimi diqqət mərkəzində saxlayaraq, gənclərin demokratikləşmə prosesində, sosial-iqtisadi sahələrdə uğurlar əldə etməsi üçün dəstəyini əsirgəmir. “Azərbaycanın gələcəyini peşəkar və səriştəli kadrlar yaradacaq”,- deyən Prezident İlham Əliyev hər zaman gənclərin yanında olduğunu və onlara inandığını dəfələrlə vurğulayıb. Ölkə rəhbərinin diqqət və qayğısı sayəsində gənclərimiz idarəetmədə irəli çəkilir, onların potensialından səmərəli istifadə olunur. 2020-ci ilin “Könüllülər ili” elan edilməsi də dövlətimizin gənclər siyasətinin bir hissəsidir və bu, Azərbaycanda könüllülük hərəkatının inkişafına daha da təkan verəcək.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Gimnastika Federasiyasının Təşkilat Komitəsinin könüllülər proqramının rəhbəri Xaqani Fərəcov deyib.

Könüllülük hərəkatının cəmiyyət üçün əhəmiyyətindən danışan X.Fərəcov deyib: “Könüllük hərəkatına tələbəlik illərindən qoşulmuşam. Universitetin Tələbə Gənclər Təşkilatının üzvü kimi ali təhsil ocağında və ölkədə keçirilən müxtəlif tədbirlərdə iştirak etmişəm. Qısa müddətdə tələbələr arasında rəğbət qazandım və 2006-2009-cu ildə Universitetin Tələbə-Gənclər Təşkilatının sədri kimi fəaliyyət göstərdim. Eyni zamanda, 2006-cı ildə “İRƏLİ” İctimai Birliyinin sıralarına qatılaraq, müxtəlif təşkilatlarda və tədbirlərdə könüllü kimi çalışdım.

“İRƏLİ” İctimai Birliyindən başlayan peşəkar təcrübə

Könüllü olaraq qoşulduğum “İRƏLİ” İctimai Birliyində 2012-2014-cü illərdə əməkdaş kimi çalışaraq gənclər arasında vətənpərvərliyin, könüllülük fəaliyyətinin, sağlam həyat tərzinin təbliği, Azərbaycan həqiqətlərinin tanıdılması, gənclərimizin bilik və təcrübələrinin inkişaf etdirilməsi istiqamətində çoxsaylı müxtəlif layihələrin və tədbirlərin təşkilində iştirak etdim. Bu layihələr arasında “Gənc Liderlərin Qış Universiteti”, “IT Akademiya” və sairlərini qeyd edə bilərəm.

Könüllülərlə iş sahəsində kifayət qədər təcrübəyə malik olan müsahibimin sözlərinə görə, əvvəllər ölkəmizdə insanlar könüllülük hərəkatı barədə o qədər də məlumatlı olmayıblar. 2008-ci ildə Heydər Əliyev Fondunun, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Dünya Gənclərinin 4-cü Məşğulluq Sammiti (YES) keçirilib. Sammitin təşkilində məqsəd gənclərin işsizlik və səmərəli məşğulluq problemlərinin həlli istiqamətində dünyada daha fəal işin aparılmasına nail olmaq idi. “Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə keçirilən Sammitin təşkilinə kömək üçün 300 könüllü tələb olunurdu. Həmin vaxt könüllüləri cəlb etmək üçün xeyli əziyyət çəkdik. Düşünürəm ki, bu tədbir Azərbaycan könüllüləri üçün ilk təcrübə oldu.

2008-ci ildə Azərbaycanda start götürən könüllülük hərəkatı özünün pik nöqtəsinə məhz tarixdə ilk dəfə keçirilən və ölkəmizin ev sahibliyi etdiyi “Bakı-2015” Avropa Oyunlarında çatdı. Birinci Avropa Oyunları özü ilə yeni standartlar gətirdi, yeni mexanizmlər formalaşdırdı.

Xaqani Fərəcov bildirib ki, “Bakı-2015” Avropa Oyunları zamanı o, turnirin Əməliyyat Komitəsinin idman departamentinin, idmançılara xidmət şöbəsində çalışıb. Bu mötəbər yarışın təşkilində könüllülərin iştirakı və dəstəyi çox vacib rol oynadı.

Könüllülükdən Azərbaycan Gimnastika Federasiyasına gedən yol

X.Fərəcov deyir ki, o, Azərbaycan Gimnastika Federasiyası (AGF) ilə məhz könüllülük fəaliyyəti sayəsində əlaqə qurub. 2009-cu ildə Bakıda təşkil olunan bədii gimnastika üzrə Avropa çempionatında könüllü kimi iştirak edib. 2010-2011-ci illərdə güləş, boks, taekvondo idman növləri üzrə beynəlxalq yarışlarda yerli federasiyalarla əməkdaşlıq edib. 2014-cü ildə Milli Gimnastika Arenasının istifadəyə verilməsi, burada yaradılan şərait çoxlu sayda beynəlxalq və yerli yarışların təşkil edilməsinə imkan verib.

“AGF 2016-cı ildən etibarən könüllülərlə mütəmadi işləyən ən fəal federasiyalardan biridir. Federasiya könüllülərlə sıx əməkdaşlıq edir və hər il onların seçimi aparılır. Hazırda yerli təşkilat komitəsinin könüllülər proqramının rəhbəri kimi fəaliyyət göstərirəm. İşim çox maraqlıdır. Savadlı, enerjili gənclərlə işləmək insanda məmnuniyyət hissi oyadır. Federasiyada öz işini bilən, peşəkar könüllülərin sayı kifayət qədərdir. Hər il beynəlxalq yarışlara 100-ə yaxın könüllü cəlb olunur. Ötən il mötəbər yarışlarımız çox olduğundan 1000-ə yaxın könüllünün köməyindən istifadə olunub. Elə bədii gimnastika üzrə dünya çempionatına 300 könüllü cəlb edilib. Könüllülər yarışların təşkili, qonaqların qarşılanması və yerləşdirilməsi, tibb xidməti, eləcə də qaliblərin mükafatlandırılması prosesində yardım edirlər.

AGF rəhbərliyi tərəfindən könüllülərə hər zaman xoş münasibət göstərilir və onlar qayğı ilə əhatə olunurlar. Könüllülər arasından bacarıqlı, işgüzar gənclər seçilərək federasiyada əmək fəaliyyətinə cəlb olunurlar”,- deyə o vurğulayıb.

Azərbaycanın “Könüllü fəaliyyəti haqqında” Qanunun qəbul edildiyi məhdud sayda ölkələrdən biri olduğunu diqqətə çatdıran müsahibimiz vurğulayıb ki, “Könüllülər ili”ndən səmərəli istifadə etmək lazımdır. Onun sözlərinə görə, dünya təcrübəsində olduğu kimi, bu hərəkata təkcə gəncləri deyil, yaşlı insanları da cəlb etmək məqsədəuyğundur. O, ötənilki bədii gimnastika üzrə dünya çempionatında 69 yaşlı rusiyalı xanımın könüllü kimi iştirak etdiyini deyib.

Azərbaycanın hər bir vətəndaşı, hər bir gənci ölkəsi üçün könüllü olmalıdır

“Həyatın bir çox sahələrində könüllülük proqramı fəaliyyət göstərir. Bu, çox müsbət haldır. Düşünürəm ki, könüllülərin fəaliyyətindən uşaq və qocalar evlərində, xəstəxanalarda istifadə olunması yaxşı olardı. Həssas təbəqənin yardıma, köməyə daha çox ehtiyacı var.

Ekoloji təmizlik, qaydalara riayət etmək, ictimai asayişin qorunması hər birimizin borcudur. Əgər sən öz xalqının inkişafı üçün çalışırsansa, bunun özü elə könüllülük deməkdir. Qayğıya ehtiyacı olan insanlara, məsələn, fiziki qüsurlu, əlil, imkansız, kimsəsiz insanlara baş çəkmək, onların problemlərinin həll olunmasına kömək göstərmək hamımızın borcudur. Bir sözlə, Azərbaycanın hər bir vətəndaşı, hər bir gənci ölkəsi üçün könüllü olmalıdır” ,– deyə X.Fərəcov bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“İçərişəhər” Qoruq İdarəsində Novruz bayramı münasibətilə tədbir keçirilib

Dünyada təhlükəsiziyin təmin edilməsində Azərbaycan-NATO əməkdaşlığının rolu ŞƏRH

“Atatürk dövründə İran-Türkiyə münasibətləri” – seminar

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına başlanılır

“Zirə”nin iki futbolçusu yığma komandalara dəvət alıb

AİBNDX: Malların mənşə ölkəsini təsdiq edən sertifikatların verilməsinin fasiləsizliyi bayram günlərində təmin ediləcək

FHN Novruz bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq

Bu il Şri-Lankaya 500 mindən çox turist gəlib

Cari ilin iki ayı ərzində Azəbaycanda istehsal edilən elektrik enerjisinin miqdarı açıqlanıb

Fransalı tennisçi oyun zamanı huşunu itirib

Domantas Sabonis NBA əfsanələrinin rekordunu təkrarlayıb

Novruz bayramının ilk günündə paytaxtda yağış, dağlıq və dağətəyi rayonlarda isə qar yağacaq

Tramp prezident seçiləcəyi təqdirdə şahzadə Harrini ABŞ-dan qovacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

“Novruz gəlir, yaz gəlir” – AzMİU kollektivi İlaxır çərşənbədə tonqal ətrafında bir araya gəldi

BDU Sənaye və Texnoloji Tədqiqat Təşkilatlarının Dünya Assosiasiyasına tamhüquqlu üzv seçilib

“Azəriqaz” Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq

® “Azpetrol” şirkəti yanacaqdoldurma məntəqələrinin sayını 104-ə çatdırıb

KİV: İsrail və HƏMAS Doha danışıqlarında kompromisə hazırdır

Türkmənistanın Ticarət-Sənaye Palatası Türk Ticarət və Sənaye Palataları Birliyinin tamhüquqlu üzvü olub

Türkiyənin yeni milli müdafiə sistemi ictimaiyyətə təqdim edilib

ADA Universiteti Fondunun sponsorluq layihələri üzrə direktoru: Gender arası əməkdaşlıq inkişafın göstəricisidir - açıqlama

Novruz təamlarından istifadə edərkən diqqət yetirilməli məsələlər

Şəhid ailə üzvü olan təhsil işçiləri ilə görüş keçirilib

Milli Kitabxanada Novruz bayramı ilə bağlı elektron məlumat bazası yaradılıb

Yevlaxda Novruz bayramı münasibətilə konsert təşkil olunub

Azərbaycan gimnastları Almaniyada Dünya Kubokunda çıxış edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeni veb-saytı istifadəyə verilib

İrqçilik etdiyi üçün millinin heyətindən kənarlaşdırılıb

Bir sıra ölkələrdən quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub

Blinken Qəzzada atəşkəsi müzakirə etmək üçün Ər-Riyada və Qahirəyə gedəcək

® “Azersun Holding” 10 mindən çox ailəni Novruz sovqatı ilə sevindirib

Azərbaycan poeziyası İspaniyada

Pomidor istehsalçıları ilə görüş keçirilib

Uzun illər itmiş sayılan nadir dəniz qabığı kolleksiyası indi İngiltərədə nümayiş etdirilir

Yanvar-fevral aylarında əlilliyi olan şəxslərə 20,8 min reabilitasiya vasitəsi verilib

“SpaceX” qlobal internet şəbəkəsinə aid daha 22 peyki orbitə çıxarıb

Son iki ayda sosial sahə üzrə 78 mindən çox e-arayış verilib

Fransa Mərakeşə 146 milyon dollar kredit verir

Qazaxıstan Xəzər dənizində hərbi təlimlər keçirib

Ədliyyə naziri Saatlıda vətəndaşları qəbul edib

“Ətirlisən, dadlısan, süfrəmizin yaraşığısan” II Çay Festivalı keçirilib

Martın 18-də aşkarlanan silah və sursatların sayı açıqlanıb

Fransuaza Jilonun rəssamlıq irsi Pikasso Muzeyində

Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarına dair Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib

Kəngərli rayonunun yaradılmasının 20 illiyinə həsr olunan virtual sərgi təqdim edilib

Bakının abad məhəllələrində Novruz şənlikləri davam edir

Hərbi Prokurorluq işçiləri Müdafiə Nazirliyinin yüksəkrütbəli vəzifəli şəxsləri ilə birgə Novruz bayramı ərəfəsində hərbi hissələrdə olublar

® Monteneqronun sabiq prezidenti Milo Cukanoviç “Azərbaycanın dostu” qızıl ordeni ilə təltif olunub

Dünya Bankı Misirə 6 milyard dollar yardım edəcək

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində səfərə hazırlaşan sürücülərə müraciət edib

Aİ Şurası Ukraynaya yeni yardım fondunu təsdiqləyib

Folklorşünas alim: Torpaq çərşənbəsi insanın təbiətlə həmrəy olması bayramıdır

Türkiyədə fəlakət zonasındakı sakinlər hər ay 15 min evlə təmin ediləcək

DİN: Martın 19-da ölkə üzrə 40 cinayətin açılması təmin olunub

Ölkənin əksər bölgələrinə yağış, dağlıq rayonlara qar yağıb

Dünya birjalarında neft ucuzlaşıb

Zabrat qəsəbəsindəki marketdə baş verən yanğın söndürülüb

Naxçıvanın kəndlərinin içməli su təminatı yaxşılaşdırılır

MDU-da tərəfdaş universitetlərlə birlikdə Çanaqqala Zəfərinin ildönümü qeyd edilib

Azərbaycan nefti bahalaşıb

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edib

® GL 2023-cü ildə neft hasilatı artımına nail olub

Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır

Bakının bəzi yollarında sıxlıq müşahidə olunur SİYAHI

Mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edilib

Ukraynanın Krivoy-Roq şəhərində Novruz bayramı ilə bağlı konsert təşkil edilib

Saatlıda narkokuryerlik edən şəxs saxlanılıb

Hüquq müdafiəçisi: Azərbaycan NATO-nun uzunmüddətli tərəfdaşıdır

Türkiyə tədqiqatçıları stressin beyində “zamanın qavranılmasını” pozduğunu müəyyənləşdiriblər

Daşkəsəndə narkotik vasitələr satan şəxs saxlanılıb

Avstraliya məhkəməsi “Uber”i böyük məbləğdə təzminat ödəməyə məcbur edib

Yanlış ayaqqabı uşağın sağlamlığına zərər verə bilər - Mütəxəssis rəyi

Anaklia limanının dəniz infrastrukturunun tikintisi üçün beynəlxalq tender elan edilib

Süni intellekt və lazer əsaslı sensorla mədədəki xəstəliklər müəyyən ediləcək

Braziliyada hiss edilən temperatur 62 dərəcə Selsini keçib

Yaponiyada yaşlı insanlar əməyə cəlb edilir

İraq neft ixracını azaldacaq

Ümumdünya Buxara Yəhudiləri Konqresinin nümayəndə heyəti Qırmızı qəsəbəyə səfər edib

Budapeştdə biznes forumda Azərbaycandakı investisiya imkanlarından danışılıb VİDEO

Gürcüstanın Təhsil və Elm Nazirliyinin Marneuli İctimai Kollecində təntənəli Novruz şənliyi keçirilib

Azərbaycanın Qırğızıstandakı səfirliyində Novruz bayramı qeyd edilib

Bu gün Torpaq çərşənbəsidir

Şabranda minik avtomobilləri toqquşub, yaralananlar var

“Robotexnika Klubu”nun üzvləri Türkiyədə keçiriləcək “Texnofest”ə layihə təqdim ediblər

Kəngərli rayonunun yaradılmasının 20 illiyi qeyd olunub

Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub

Dövlət Komitəsində Yaponiyada yaşayan azərbaycanlı pianoçu ilə görüş olub

Amur vilayətindəki filiz mədənində qəza baş verib, dağıntılar altında qalanlar var

Media əməkdaşları arasında atıcılıq yarışının qalibləri bəlli olub

Türkiyə Prezidenti: Bu yay İraq sərhədimizin təhlükəsizliyini tam təmin edəcəyik

Naxçıvan ŞİH: Möminə Xatun türbəsinin ətrafındakı tikili ilə bağlı yayılanlar həqiqəti əks etdirmir

Azərbaycanın güləş millisi “Çempionlar” turnirini 10 medalla başa vurub

YAP Səbail rayon təşkilatında Novruz bayramı qeyd edilib

Nigeriyada daha yüz adam oğurlanıb

Azərbaycan-İraq əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

Bakı Ali Neft Məktəbində “Huawei” şirkətinin laboratoriyası fəaliyyətə başlayıb

Nazirlik: Hərbi hissələrdə bayram tədbirləri qapalı şəraitdə keçirilir

Azərbaycan atıcıları Almaniyada qızıl medal qazanıblar

Bakı Dövlət Universitetində Novruz şənliyi