ELM VƏ TƏHSİL


Xaqani Şirvaninin həyatı və yaradıcılığı haqqında yeni nəşr

Bakı, 20 noyabr, AZƏRTAC 

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu “Xaqani Şirvani: həyatı və yaradıcılığı” kitabını çap etdirib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, kollektiv əməyin nəticəsi olan kitab “Sənətkarın elmi pasportu” seriyasından işıq üzü görən doqquzuncu nəşrdir. Monoqrafiya Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin “Ön söz”ü ilə çap olunub. Kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor İmamverdi Həmidov, rəyçisi AMEA-nın müxbir üzvü Nüşabə Araslı, məsul redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlıdır.

Bu kitab institutda “Yazıçıların həyatı və yaradıcılığının tədqiqinə yenidən qayıdış” layihəsi əsasında yazılmış monoqrafiyadır. Ortaq başlanğıc və intibah dövrü Azərbaycan ədəbiyyatı şöbəsində hazırlanmış monoqrafiyada Əfzələddin İbrahim Əli oğlu Xaqani Şirvaninin həyatı, yaradıcılığı, sənətkarlığı və irsinin öyrənilməsi elmi cəhətdən dəyərləndirilir. Kitabda şairin həyatı və ədəbi irsi tam tədqiq edilməklə poeziyasının qaynaqları, ənənəsi və təsiri, sənətkarlıq xüsusiyyətləri kimi problemlər araşdırılır, irihəcmli əsərləri geniş təhlil edilir.

“Elm və təhsil” nəşriyyatında çap olunmuş monoqrafiyada İmamverdi Həmidov, Lalə Əlizadə, Nüşabə Araslı, Könül Hacıyeva, Elnarə Zeynalova, Məhəmmədhəsən Qəmbərli, Baloğlan Şəfizadə və başqa alimlərin tədqiqatları yer alıb. Kitabın xülasəsi Azərbaycan, ingilis, rus və fars dillərində, ədəbiyyat siyahısı isə Azərbaycan, türk, rus, ərəb və fars dillərindədir. Nəşrə Xaqani Şirvaninin əlyazmaları, müxtəlif dillərdə çap olunmuş əsərlərinin və haqqında yazılmış kitabların siyahısı da əlavə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.