REGİONLAR
“Xarı bülbül” komandası Xızıda intellektual yarışın qalibi adını qazanıb
Xızı, 10 may, Elxan Yusifli, AZƏRTAC
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Xızı nümayəndəliyi tərəfindən “Ulu Öndər və gəncliyimiz” layihəsi çərçivəsində silsilə tədbirlər təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xızı rayon Heydər Əliyev Mərkəzinin və Xızı rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə məktəblilər üçün Mərkəzə ekskursiyalar təşkil olunub. 40-a yaxın gəncin iştirak etdiyi ekskursiyalarda gənclər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.
Layihə çərçivəsində Mikayıl Müşfiq adına Giləzi qəsəbə tam orta məktəbində “Heydər Əliyev-99 il” intellektual yarışı keçirilib. 4 komandanın iştirak etdiyi yarışda “Xarı bülbül” komandası qələbə qazanıb.
Qaliblər hədiyyələrlə mükafatlandırılıb.