MƏDƏNİYYƏT


“Xarıbülbül” festivalında doqquz ölkəni təmsil edən musiqiçilər çıxış edib

Şuşa, 14 may, AZƏRTAC

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı çərçivəsində üç gündür ki, möhtəşəm musiqi bayram keçirilir. Builki festival beynəlxalq miqyasda keçirilməsi ilə əlamətdardır. Doqquz ölkədən qonağımız vardı. Proqram isə olduqda rəngarəng və əsrarəngiz çıxışlarla zəngin idi.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə mədəniyyət naziri Anar Kərimov söyləyib.

Artıq ikinci ildir festivalın Şuşada qeyd olunduğunu diqqətə çatdıran nazir deyib: “Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Şuşanı azad edib. Festival vasitəsilə həm şuşalılara, həm də bütün xalqımıza xoş günlər yaşadırıq. Bir daha festivalın keçirilməsində əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm. Ulu öndər Heydər Əliyevin və digər dahi şəxsiyyətlərimizin ruhu şaddır. Çünki onlar çox istəyirdi ki, festival yenidən Şuşada keçirilsin. Dövlət başçısı da bu vəsiyyəti yerinə yetirdi”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.