İQTİSADİYYAT
Xaricdə çalışan latviyalı diplomatların görüşündə Azərbaycandan bu ölkəyə ixrac imkanlarından da danışılıb
Valmiera, 23 sentyabr, AZƏRTAC
Latviyanın Valmiera şəhərində təşkil olunan və xaricdə çalışan diplomatları yerli iş adamları ilə bir araya gətirən görüşdə bir çox maraqlı təkliflər səsləndirilib. Azərbaycan, Avropa ölkələri, Koreya Respublikası, Kanada, ABŞ, Hindistan, Özbəkistan və Qazaxıstandan gəlmiş 30-dan çox diplomat regionda yerli şirkətlərin təklifləri və imkanları ilə tanış olub, eləcə də dünyanın müxtəlif ölkələrinə ixrac imkanlarını müzakirə ediblər.
AZƏRTAC xəbər verir ki, görüşdə iştirak edən Xarici İşlər Nazirliyinin Xarici Ticarət və Xarici İqtisadi Əlaqələrin İnkişafı Departamentinin direktoru İndulis Abelis səfirliklərin xarici bazarlarda və əməkdaşlıq tərəfdaşları axtarışlarında iş adamlarına verdiyi dəstəkdən danışıb. Qeyd olunub ki, nəinki ixrac, həmçinin idxal imkanları da Latviya üçün çox vacibdir. Belə ki, ölkədə xarici sərmayədarların da fəaliyyətini artırmaq yeni iş imkanlarının yaradılmasına gətirib çıxaracaq.
Görüşün sonunda ikitərəfli səfərlərin təşkil olunması və imkanlarla yerində tanışlıq aparılması qərara alınıb.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Valmiera