ELM VƏ TƏHSİL


Xaricdə doktorantura təhsilinə qeydiyyat gələn həftə yekunlaşır

Xaricdə doktorantura təhsilinə qeydiyyat gələn həftə yekunlaşır

Bakı, 25 mart, AZƏRTAC

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinə dair sənəd qəbulu davam edir. Proses aprelin 1-də yekunlaşacaq.

Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən bildirilib. Nazirliyin nəzdində Dövlət Proqramı İdarəetmə Qrupu nüfuzlu xarici ali təhsil müəssisələrində prioritet ixtisas istiqamətləri üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda təhsil alan Azərbaycan Respublikası vətəndaşlarını 2023-cü il üzrə həyata keçirilən ilk sənəd qəbulunda iştirak etməyə dəvət edir.

Proqrama müraciət üçün tələb olunan sənədlərin siyahısı, elana dair ətraflı məlumatı nazirliyin saytından əldə edə bilərsiniz.

Əlavə sual yaranarsa, FAQ/MVS və ya [email protected]  elektron poçt ünvanına müraciət etmək mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.