CƏMİYYƏT


Xaricdə yaşayan azərbaycanlıların iştirakı ilə “Vətən naminə” layihəsi reallaşdırılıb

Bakı, 9 sentyabr, AZƏRTAC

Xaricdə yaşayan azərbaycanlıların iştirakı ilə Azərbaycana həsr olunmuş “Vətən naminə” layihəsi gerçəkləşdirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, “İmza” Sosial İnkişafa Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə reallaşan layihədə Azərbaycan, ABŞ, Kanada, Türkiyə, Niderland, Almaniya, Fransa, Ukrayna, İspaniya, İtaliya, Litva, Misir və digər ölkələrdə yaşayan 45 soydaşımız iştirak edib. Onlar Şəmistan Əlizamanlının ifa etdiyi “Əsgər marşı”nı (musiqisi Yaşar Baxışın, sözləri Cəlal Qurbanovundur) xüsusi jestlərlə izləyicilərin diqqətinə çatdırıblar. Süjetdə Prezident, Ali Baş Komandan İlham Əliyevin “Qarabağ Azərbaycandır!” bəyanatını səsləndirdiyi, Azərbaycan Ordusunun şücaətini əks etdirən kadrlar yer alıb. Bununla da həmvətənlərimiz müstəqil Azərbaycan dövlətini dəstəklədiklərini və Vətənin hər uğurundan qürur duyduqlarını nümayiş etdiriblər.

Niderland–Belçika Azərbaycanlıları Koordinasiya Şurasının üzvü, “Beynəlxalq Azərbaycan Xanımları Klubunun” rəhbəri Kəmalə Ceylinova layihənin ərsəyə gəlməsində iştirakı olanlara dərin minnətdarlığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.