REGİONLAR


Xaricdə yaşayan narkotacirə narkokuryerlik edən Astara sakini saxlanılıb

Astara, 22 oktyabr, Bağır Əliyev, AZƏRTAC

Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti əməliyyat-axtarış tədbirləri keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Astara şəhər sakini, əvvəllər məhkum olunmuş Siyavuş Mirzəyev saxlanılıb.

S.Mirzəyevin üzərindən külli miqdarda heroin və metamfetamin, 1 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.

Araşdırma zamanı S.Mirzəyevin xarici ölkələrdən birinin vətəndaşının təsiri altına düşərək, onun göndərdiyi narkotik vasitələrin müxtəlif şəxslərə çatdırılmasını və satışını təşkil etdiyi, eyni zamanda, özünün və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin narkotik vasitələrin satışından əldə etdiyi pul vəsaitlərinin xaricdə yaşayan narkotacirə çatdırılması məlum olub.

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi digər əməliyyat tədbirləri nəticəsində isə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Astara şəhər sakini Vahid Nəzirov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkarlanaraq götürülüb.

Hər iki faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.