CƏMİYYƏT


Xaricdəki tələbələrlə vətənpərvərlik mövzusunda onlayn görüş keçirilib

Bakı, 11 avqust, AZƏRTAC

Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Gənclər Fondunun birgə təşəbbüsü ilə xaricdəki tələbələrlə vətənpərvərlik mövzusunda onlayn konfrans keçirilib.

Fonddan AZƏRTAC-a bildiriblər ki, konfransda xaricdə yaşayan soydaşlarımızın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması və Azərbaycan Ordusuna dəstək məqsədilə keçirdikləri aksiya və yürüşlərin əhəmiyyəti vurğulanıb, ölkə xaricində yaşayan gənclərimizin bu yöndə görə biləcəkləri işlər müzakirə olunub.

Tədbirdə çıxış edən Gənclər Fondunun nümayəndələri gənclərimizin xaricdə təhsil almaları, şəxsi inkişafı və müxtəlif layihələrin icrası üçün daim Fond tərəfindən dəstəkləndiklərini, xaricdə təhsil proqramı və müxtəlif qrant müsabiqələri vasitəsilə onlara maliyyə dəstəyinin göstərildiyini bildiriblər.

Onlayn konfransa qoşulan xaricdə təhsil alan gənclərimiz çıxışlarında ölkə xaricindəki soydaşlarımızın hansı formada təşkilatlana biləcəklərini və bunun üçün atılmalı olan addımları müzakirə ediblər.

Konfransda çıxış edən Təhsil Nazirliyinin nümayəndəsi xaricdə təhsil alaraq ölkəmizə qayıdan, müxtəlif sahələrdə təcrübə və biliklərini tətbiq edən gənclərimizə dövlətimizin başçısı tərəfindən böyük diqqət və dəstəyin göstərildiyini xüsusilə vurğulayıb.

Yüzlərlə gəncin qoşulduğu konfrans Gənclər Fondunun səhifəsindən canlı yayımlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.