İQTİSADİYYAT


Xaricə göndərilən bəzi neft-qaz məhsullarının həcmi açıqlanıb

Bakı, 16 oktyabr, AZƏRTAC

Yanvar-avqust aylarında Azərbaycandan dəyəri 45,2 milyon ABŞ dolları olan 84,6 min ton reaktiv mühərriklər və digər məqsədlər üçün istifadə olunan kerosin ixrac edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilir ki, 8 ayda ölkədən, həmçinin 144,6 milyon dollarlıq 589,6 min ton ağır destilyatlar və ya digər məqsədlər üçün qazoyllar, 3,1 milyon dollarlıq 24,3 min ton maye qaz, 6 milyon dollarlıq 92 min ton neft koksu göndərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.