Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Xarici İşlər Nazirliyi Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar bəyanat yayıb

Xarici İşlər Nazirliyi Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar bəyanat yayıb

Bakı, 26 fevral, AZƏRTAC

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar bəyanat yayıb.

AZƏRTAC bəyanatı təqdim edir.

2021-ci il fevralın 26-da Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda törədilmiş soyqırımının 29-cu ildönümü tamam olur.

Ermənistanın Azərbaycana qarşı onilliklər ərzində davam edən təcavüzü zamanı mülki əhaliyə qarşı törədilmiş ən ağır cinayətlərdən biri Xocalı şəhərinin işğalı ilə əlaqədar olub. Münaqişədən əvvəl Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən bu şəhərdə 7000 insan yaşayırdı. 1991-ci ilin oktyabr ayından şəhər tamamilə Ermənistan silahlı qüvvələri tərəfindən mühasirəyə alındı. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə kütləvi artilleriya zərbələrinin ardınca Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalını işğal etdi. İşğalçılar Xocalını darmadağın edərək xüsusi amansızlıqla onun dinc əhalisinin soyqırımını törətdilər.

Xocalı soyqırımı zamanı şəhərin 5379 nəfər sakini zorakılıqla qovulmuş, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalmış (onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil), 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almış, 8 ailə tam məhv edilmiş, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərinin hər ikisini itirmiş, 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca işgəncə verilməklə vəhşicəsinə öldürülmüşdür.

Xocalıdakı faciəvi hadisələrin bütün mövcud faktları qəti şəkildə sübut edir ki, Azərbaycanın bu şəhərində törədilmiş cinayətlər sıradan və təsadüfi hərəkət deyil, Ermənistanın sistemli zorakılıq siyasətinin tərkib hissəsi olub. Xocalıdakı mülki insanların məqsədyönlü qırğını Ermənistanda dövlət səviyyəsində azərbaycanlılara qarşı yürüdülən etnik zəmində nifrət və irqi ayrı-seçkilik siyasətindən qaynaqlanan cinayət idi və sadəcə, etnik mənsubiyyətinə görə insanların kütləvi qətlinə yönəlmişdi.

Azərbaycana qarşı həyata keçirdiyi təcavüz siyasəti çərçivəsində Ermənistan tərəfindən törədilmiş müharibə, sülh və insanlıq əleyhinə cinayətlər və Xocalı soyqırımı insan hüquqları və beynəlxalq humanitar hüququn, xüsusilə 1949-cu il Cenevrə konvensiyaları, Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt, İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı Konvensiya, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında beynəlxalq Konvensiya, Uşaq hüquqları haqqında Konvensiya və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın ciddi şəkildə pozulmasıdır.

Hazırda 17 dövlətin milli qanunvericilik orqanı, həmçinin ABŞ-ın 23 ştatı Xocalıda dinc əhalinin qətliamını pisləyən və bunu insanlıq əleyhinə cinayət aktı kimi dəyərləndirən qətnamə və qərarlar qəbul ediblər. Eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatı və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Xocalı soyqırımının kəskin şəkildə pislənilməsini ehtiva edən qətnamə və bəyanatlar qəbul etmişlər.

Avropa İnsan Hüquqları Məhkəməsi 2010-cu il 22 aprel tarixli qərarında Xocalıda törədilmiş cinayətə münasibətdə hücumda iştirak edənlərin davranışını müharibə cinayətləri və ya insanlıq əleyhinə cinayətlərə bərabər tutulan hərəkətlər kimi qiymətləndirərək mühüm nəticəyə gəlib.

Ermənistan Respublikasının beynəlxalq hüquqa zidd fəaliyyətləri ilə bağlı məsuliyyətləri ilə yanaşı, beynəlxalq cinayət hüququnun adət və müqavilə normalarına əsasən, Xocalı şəhərində törədilənlər də daxil olmaqla, silahlı münaqişə kontekstində törədilmiş müəyyən fəaliyyətlər beynəlxalq cinayət əməlləri hesab olunur. Bu əməllərin törədilməsində iştirak etmiş şəxslər, eləcə də onlarla əlbir olan və onlara kömək edənlər də fərdi qaydada məsuliyyət daşıyırlar. Lakin bu günədək Ermənistanda Xocalı faciəsi və digər bu kimi çoxsaylı müharibə və insanlıq əleyhinə cinayət əməllərinin törədilməsində bilavasitə iştirak etmiş şəxslərdən heç biri cinayət məsuliyyətinə cəlb edilməyib.

Öz təqsirini etiraf etmiş Ermənistanın o dövrdəki müdafiə naziri və sabiq prezidenti Serj Sarkisyan Britaniya jurnalisti Tomas de Vaala müsahibəsində deyib: “Xocalıdan qabaq azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməyən xalqdırlar. Biz bu stereotipi sındırdıq” (Tomas de Vaal, Qarabağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında (Nyu-York Universiteti Nəşriyyatı, 2003, səhifə 172).

Azərbaycanlı dinc əhalinin məqsədyönlü şəkildə hədəfə alınması və onlara qarşı insanlıq əleyhinə cinayətlərin törədilməsi Ermənistan tərəfindən 27 sentyabr-10 noyabr 2020-ci il tarixlərində aparılan hərbi əməliyyatlar zamanı da davam etdirilmişdir. Döyüş əməliyyatlarının getdiyi cəbhə bölgəsindən xeyli aralıda yerləşən, Azərbaycanın Gəncə, Bərdə, Tərtər kimi şəhərlərinin mülki əhalisini və mülki infrastrukturunu məqsədli şəkildə hədəfə alan Ermənistan, 1992-ci ildə olduğu kimi 2020-ci ildə də eyni qəbildən olan terror taktikasına əl atdı və bu dəfə artıq müasir növ zirehli silahlar və raket qurğularından istifadə edərək çoxsaylı dinc azərbaycanlının qətlə yetirilməsinə səbəb oldu. İstər 1992-ci il Xocalı soyqırımı, istərsə də 2020-ci ildə mülki əhalinin bombardmanı Ermənistanın azərbaycanlılara qarşı apardığı məqsədyönlü zorakılıq siyasətini aşkarcasına nümayiş etdirir.

Azərbaycan Respublikası inanır ki, milli səviyyədə, eləcə də mövcud beynəlxalq hüquq çərçivəsində görülən davamlı tədbirlər cəzasızlığa son qoyulmasına və Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı törədilmiş ağır cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin ədalət məhkəməsi qarşısına çıxarılmasına xidmət edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyə-Azərbaycan qardaşlığı regionda sülhün və təhlükəsizliyin qarantıdır - RƏY

ABŞ-ın Yəmənə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 31-ə çatıb

ABŞ Dövlət katibi Lavrovla telefon danışığı aparıb

Azərbaycan caz-muğam üslubunun banisi - Vaqif Mustafazadə

Yaponiya, Çin və Cənubi Koreya XİN rəhbərləri doğumun azalmasını müzakirə edəcək

Araşdırma: Kərə yağı istehlakı ölüm riskini artıra bilər

Zelenski: Ukrayna müvəqqəti işğal olunmuş əraziləri Rusiyanın bir hissəsi kimi tanımır

ABŞ-da güclü qasırğa nəticəsində ölənlərin sayı 28 nəfərə çatıb

Fransa, İtaliya və Böyük Britaniya 218 “Aster” zenit-raket kompleksi sifariş edib

Papa Fransiskin səhhəti yaxşılaşır

Açıq mənbəli süni intellekt çətin tibbi diaqnostikada qapalı modellərlə rəqabət aparır - TƏDQİQAT

Belqraddakı aksiyada 107 minədək insan iştirak edib

Media: ABŞ Sənadakı husilərin siyasi şurasının qərargahını hədəfə alıb

İtaliyada əlverişsiz hava şəraitinə görə 14 bələdiyyə ilə əlaqə kəsilib

Ali Məclisin deputatı: Qlobal Bakı Forumu Azərbaycanın qlobal siyasətdə artan rolunun göstəricisidir

Dövlət Kukla Teatrında yeni səhnə əsərinin məşqlərinə başlanılıb

Azərbaycanlı tələbələr Türkiyədə aerokosmik innovasiyalar üzrə təcrübə mübadiləsinə başlayıblar

“Karyerada Biz Forumu-2025” yekunlaşıb

Tramp ABŞ ordusuna husilərə qarşı genişmiqyaslı əməliyyat başlatmağı əmr edib

Azərbaycan cüdoçusu Avropa Kubokunun qalibi olub

İtaliya A Seriyası: “Milan” doğma meydanda üç xal qazanıb

İtaliyada yenidən zəlzələ olub, 100 nəfər təxliyə edilib

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin birinci mərhələsi üzrə test imtahanları olub

Misli Premyer Liqası: Bu gün keçirilən iki oyun heç-heçə ilə yekunlaşıb

V Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib

UNESCO: Azərbaycan rəhbərliyinin mədəniyyət və iqlim dəyişikliyi təşəbbüsünü yüksək qiymətləndiririk

Bundesliqanın 26-cı turunda “Bavariya” səfərdə “Union Berlin”in qonağı olub

UNESCO: Qədim insan məskənlərinin zəngin artefaktları münaqişələr zamanı qanunsuz ticarətə və talançılığa məruz qalır

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Böyük Britaniya Ukrayna ilə bağlı virtual sammitə ev sahibliyi edib

Gədəbəy rayonunun Qızılca meşəbəyliyində yanğın olub

İƏT-in Mədəniyyət İnstitutunun prezidenti Azərbaycan Milli Kitabxanasında olub

CNN Türk”: Blokadada olan Ermənistan əhalisinin sayı azalan və inkişaf etməyən ölkədir

Biləsuvarlı şagirdlər "Sabahın alimləri" müsabiqəsində qızıl medalla təltif olunublar

Lənkəranda “Novruz - milli birlik bayramı" adlı tədbir təşkil olunub

XII Qlobal Bakı Forumu öz işini yekunlaşdırıb

Muxtar respublikada "Müəllimlərin Riyaziyyat müsabiqəsi" keçirilib

Azərbaycan millisi Bolqarıstana qalib gəlib

Azərbaycan Qlobal Bakı Forumu vasitəsilə çox neytral dialoq mühiti yaradıb - ŞƏRH

Bu il Naxçıvanda 120 minə yaxın ting əkiləcək

Süni intellekt və real həllər tibbi xidmətlərə çıxışı genişləndirə bilər - YENİLƏNİB VİDEO

Bugünkü iməcilikdə Bakının 551 küçəsi yuyulub

“Çelsi” daha bir transfer edib

Azərbaycan və İƏT ölkələri arasında aqrar sahədə əməkdaşlıq məsələləri müzakirə olunub

Praqa Kiyev ilə Moskva arasında atəşkəs səylərini dəstəkləyib

İspaniyalı baş məşqçi: Oyunu ilk 10 dəqiqədə uduzduq

XII Qlobal Bakı Forumu: “Gənclər danışsın, biz dinləyək” mövzusunda panel iclas keçirilib

Naxçıvanda Nəsrəddin Tusi adına II fizika-riyaziyyat olimpiadasının şəhər-rayon mərhələsi keçirilib

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşları peşə bayramlarını qeyd ediblər

Avropa komissarı: Trans-Xəzər dəhlizi Asiyadan Avropaya yükdaşımaların müddətini 15 günə qədər azaldacaq

“Barselona”nın baş məşqçisi: Qavi gələcəkdə komandanın ulduzlarından birinə çevriləcək

"Euronews" Azərbaycanın sənaye zonaları barədə video yayımlayıb VİDEO

İsmail Serageldin: Bu gün teletibb və süni intellektlə əvvəllər mümkün olmayan rabitə şəbəkələrinə çatmaq imkanımız var

Zelenski: Ukrayna özünün istehsal etdiyi uzaqmənzilli raketini uğurla sınaqdan keçirib

Azərbaycan paralimpiyaçısı beynəlxalq turnirdə həlledici mərhələyə vəsiqə qazanıb

Ağstafada minə yaxın sərv ağacı əkilib

Teymur Musayev: Saxta sertifikatlı plastik cərrahlarla bağlı yaradılmış təftiş komissiyası apreldə rəsmi açıqlama verəcək VİDEO

“Gəncə” basketbol komandasının baş məşqçisi: Çox çətin dövrdən keçirik

Türkiyə XİN: İslamofobiya qlobal sülh və ictimai harmoniya üçün ciddi təhlükədir

Hacıqabulda evdə yanğın baş verib VİDEO

Viktor Orban: Bizə keçmişdə qaldığımızı dedilər, amma sizə bildirirəm ki, gələcək bizimdir

Nazir: Azərbaycan səhiyyəsində süni intellektin gündəlik tibbi praktikada tətbiqi nəzərdə tutulur VİDEO

Basketbol üzrə Azərbaycan çempionatında növbəti oyun keçirilib

Azərbaycanın taekvondo hakimi Qazaxıstanda turnirin ən yaxşısı seçilib

İdman və xidmət ixtisasları üzrə işçi qrupun növbəti iclası keçirilib

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Avropa Parlamentinə etiraz məktubu ünvanlayıb

Vayra Vike-Freyberqa: Qlobal Bakı Forumunda aparılan müzakirələr dünyanın düzgün istiqamətdə inkişafı üçün əvəzolunmazdır

İğdır valisi Türkiyə-Azərbaycan əməkdaşlığının inkişafına töhfəsinə görə mükafatlandırılıb

İsrailin sabiq Prezidenti: Qlobal səhiyyə problemlərinin Bakı Forumunda müzakirə olunması son dərəcə vacibdir

Heydər Əliyev Mərkəzində qədim insan məskənlərinin mühafizəsinə dair beynəlxalq konfrans təşkil olunub

Azərbaycan paralimpiyaçısı bu gün beynəlxalq turnirdə iştirak edəcək

Nazir: Səhiyyə sənayesi texnoloji irəliləyişlərin və fərdiləşdirilmiş tibbin birləşməsi ilə formalaşacaq VİDEO

Maliyyə naziri İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Sumqayıtda ağacəkmə aksiyası keçirilib

Azərbaycanın U-21 millisinin təlim-məşq toplanışı üçün heyəti açıqlanıb

Beynəlxalq Akademiya Yaqub Mahmudov haqqında kitab nəşr etdirib

Ançelotti sıx oyun qrafikindən şikayətlənib

Gürcüstanın xarici ticarət dövriyyəsi 15,4 faiz artıb

Latviyada Novruz bayramı qeyd olunub

Bakı-Ələt magistral yolunda yük maşını yanıb

BMT-nin Dayanıqlı İnkişaf Həlləri Şəbəkəsinin nümayəndəsi: Bakı Forumu qlobal problemlərin həlli üçün yeni perspektivlər təqdim edir

Azərbaycan Qazaxıstanda mülki müdafiə üzrə beynəlxalq tədbirdə təmsil olunub

Belqradda minlərlə insanın iştirakı ilə aksiya keçirilir

“Erkən müayinə can qurtarır” adlı tibbi aksiyanın növbəti ünvanı Sabirabad olub VİDEO

Temperatur 10-15 dərəcə enəcək – XƏBƏRDARLIQ

Qlobal Bakı Forumu Azərbaycanın imkanlarını dünyaya çatdıran unikal platformadır ŞƏRH

“Milliyet” qəzeti: Azərbaycanla Ermənistan arasında sülh sazişi layihəsi üzrə danışıqların başa çatması uzun yolun başlanğıcıdır

Qaradağ rayonunda əməliyyat zamanı 3 kiloqram narkotik vasitə aşkarlanıb

İtaliya sahillərində 4,7 bal gücündə zəlzələ olub

Bəzi yanğın təhlükəsizliyi məsələləri ilə əlaqədar FHN əhaliyə müraciət edib

Qlobal Bakı Forumu: Qadınların fəaliyyətini dəstəkləyən xüsusi tədbirlərin həyata keçirilməsinə ehtiyac var - YENİLƏNİB VİDEO

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Dendrologiya İnstitutu Azərbaycan Tibb Universitetində ağacəkmə aksiyası keçirib

İtaliyada əlverişsiz hava şəraitinə görə 248 nəfər təxliyə olunub

Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Bakıda növbəti ağacəkmə aksiyası və iməcilik keçirilib

Milli Kitabxanada “Xalq yazıçısı Süleyman Rəhimov–125” adlı virtual sərgi və ənənəvi kitab sərgisi təqdim edilib

Vayra Vike-Frayberqa: İqlimlə bağlı maarifləndirmə kampaniyaları daha geniş və intensiv olmalıdır VİDEO

Bərdədə yaşayış binasının eyvanı uçub, bir nəfər dağıntılar altında qalıb VİDEO

Əvvəllər məhkum olunmuş şəxslərdən narkotik vasitələr və psixotrop tərkibli həblər aşkarlanıb