SİYASƏT


Xarici İşlər Nazirliyində diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı münasibətilə iclas keçirilib

Bakı, 9 iyul, AZƏRTAC 

İyulun 9-da diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı münasibətilə xarici işlər naziri Elmar Məmmədyarovun sədrliyi ilə nazir müavinləri, kollegiya üzvləri, xüsusi tapşırıqlar üzrə səfirlər, nazirliyin idarə və struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə geniş tərkibli iclas keçirilib.

XİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir Elmar Məmmədyarov peşə bayramı münasibətilə nazirliyin kollektivini, o cümlədən xarici ölkələrdəki diplomatik nümayəndəliklərin əməkdaşlarını təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

O, dövlətimizin başçısının rəhbərliyi ilə ölkəmizin milli maraqlarına xidmət edən xarici siyasət kursunun tarazlaşdırılmış və çoxistiqamətli əsaslarla davam etdiyini qeyd edib. Nazir Prezident İlham Əliyevin daim Xarici İşlər Nazirliyinə göstərdiyi diqqət və qayğıdan danışıb, Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası zamanı dövlətimizin başçısının ölkəmizin xarici siyasətinə yüksək qiymət verdiyini diqqətə çatdırıb.

Geniş tərkibli iclasda iyulun 8-də XİN kollektivinin, o cümlədən gənc qadın əməkdaşların qoşunların təmas xəttinə səfəri, peşə bayramını ön xətdə xidmət çəkən əsgər və zabitlərlə birlikdə qeyd etmələri, təmas xəttinə ən yaxın yaşayış məntəqələrindən biri kimi Tərtərin Qapanlı kəndinə getmələri, məcburi köçkünlər üçün yeni salınmış Şıxarx qəsəbəsi və ermənilərin Qarabağa köçürülməsinin 200 iliyi ilə əlaqədar tikilmiş və sonradan ermənilər tərəfindən dağıdılmış “Marağa 150” abidəsinin qalıqları ilə yerində tanış olmaları xüsusi vurğulanıb.

İclasda gündəlikdə duran prioritet tapşırıq və vəzifələr, regiondakı vəziyyət, 2019-cu ildə qeyd ediləcək Xarici İşlər Nazirliyinin yaradılmasının 100 illiyi ilə əlaqədar tədbirlər planının hazırlanması, 2019-2022-ci illərdə Azərbaycan Respublikasının Qoşulmama Hərəkatına sədrliyi və 2019-cu ildə Qoşulmama Hərəkatı Zirvə toplantısının Azərbaycanda keçirilməsi məsələləri müzakirə olunub. Xarici İşlər Nazirliyinin yaradılmasının 100 illiyi ilə əlaqədar tədbirlərin hazırlanması və həyata keçirilməsi ilə bağlı nazir Elmar Məmmədyarovun rəhbərliyi altında təşkilat komitəsi yaradılıb.

Geniş tərkibli iclasa yekun vuran nazir Elmar Məmmədyarov müzakirə olunan məsələlər üzrə təlimatlarını verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.