SİYASƏT


Xarici İşlər Nazirliyində geniştərkibli iclas keçirilib

Bakı, 22 may, AZƏRTAC

Xarici işlər naziri Elmar Məmmədyarovun sədrliyi ilə xarici işlər nazirinin müavinləri, kollegiya üzvləri, xüsusi tapşırıqlar üzrə səfirlər, nazirliyin idarə və struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə geniştərkibli iclas keçirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda Elmar Məmmədyarov Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə xarici işlər nazirinin müavini təyin olunmuş Ramiz Həsənovu təqdim edib və ona fəaliyyətində uğurlar arzulayıb.

Nazir Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müstəqil, tarazlaşdırılmış və çoxistiqamətli xarici siyasət yürütdüyünü qeyd edərək, dövlət başçısı tərəfindən Xarici İşlər Nazirliyinin qarşısında qoyulmuş vəzifə və tapşırıqları diqqətə çatdırıb.

İclasda 2019-cu ilin Azərbaycanda diplomatik xidmətin yaranmasının 100 illik yubileyinin olduğu qeyd edilib.

Xarici işlər nazirinin müavini təyin olunmuş Ramiz Həsənov Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunu bitirib. O, Azərbaycanın Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri kimi vəzifələrdə çalışıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.